Akademik dəyərlər sistemi…


Akademik həyat təbii ki hər bir ölkənin gələcəyinin şəkilləndirilməsində əsas sahələrdən biridir. Ancaq akademik həyatın həqiqətən akademik olması şərti ilə… Bunun üçün isə  Akademik həyatın dəyərlər sistemi olmalıdır. Nədir bu dəyərlər?
Akademik ləyaqət: 
Akademik ünvanların layiqincə qazanılması, layiqincə verilməsi və istifadəsi, akademik sahədə kadrların, resursların düzgün, layiqincə seçilməsi. Bu seçimlərdə və təyinatlarda elmi uğurların, təhsil idarəetməsi təcrübəsi və biliyinin və insani dəyərlərin əsas meyar kimi götürülməsi vacibdir.

Akademik etika:
Akademik mühitdə beynəlxalq dərəcədə əsas götürülən etik dəyərlərə və prinsiplərə uyğun hərəkət etmək. Yəni tərəfkeşlik və haqqı tapdalamağın olmaması.
Akademik keyfiyyət:
İdeal bir akademik sistemin keyfiyyəti qayda və prinsiplərin sistemləşdirilməsi, insan keyfiyyəti, təchizat keyfiyyəti və bu keyfiyyətləri daha da irəli apara biləcək idarəetmə və liderlik keyfiyyətindən asılıdır.
Akademik azadlıq:
Bir akademik sistemdə, mühitdə yer alan şəxslərin fərdi və ya ümumi səylə bir bilgini, informasiyanı, elmi araşdırma, analiz, müzakirə, sənədləşdirmə, fikir ideya ortaya qoyma, yaradıcılıq, öyrətmək, izah etmək və yazmaq yoluyla əldə etdiklərində, təkmilləşdirmə işlərində və gənc nəslə ötürmə fəaliyyətlərindəki azadlıqlarıdır. Bu azadlıqlar əngəllənməməlidir. Akademik həyatda əngəllər inkişafın qarşısını alacaqdır!

Akademik mübadilə:
Elm adamlarının, müəllimlərin tək bir elm ocağında deyil, eyni zamanda müxtəlif elm ocaqlarında fəaliyyətinə şərait yaradılmalıdır. Bu akademik sahənin inteqrasiyalı şəkildə inkişafına və dəyərlərin bütün akademik mühitdə möhkəmlənməsinə kömək göstərəcəkdir.


Akademik rəqabət. Elmi tərəqqi və inkişaf üçün bütün akademik sahələrdə, universitetlər və müəllim heyəti arasında sağlam,şəffaf rəqabət mühitinin mövcud olması deməkdir. Çünki şəffaf, sağlam rəqabət inkişafa doğru aparır.
 
Akademik ictimai məsuliyyət:
Elm ocaqları bilgi, elm istehsal edən quruluşlar olduqları üçün və həm də cəmiyyətin birbaşa inkişafında və gələcəyində rol oynayırlar. Buna görə də elm ocaqlarında ictimai məsuliyyət səviyyəsi biznes vahidlərindən daha yüksək olmalıdır.

İki istiqamətli akademik yanaşma:
Dəqiq elmlər ancaq elmi metodlarla, təcrübələrlə aparılan fəaliyyətləri müdafiə edir. Ancaq bu elmi metodlar, təcrübələr izah edildiyi və tədbiqi zamanı məsuliyyət əxlaqı və etika dəyərləri də hesaba alınmalıdır. Eyni zamanda sosial elmlərdə ən yüksək dərəcədə müstəqil elmi informasiyaların əldə olunması və əldə olunan nəticələrin mümkün olduğu qədər obyektiv və düzgün izah edilməsi vacibdir.
Yuxarıda akademik həyata, sistemə, mühitə aid dəyərlər olmadan bu sahədə inkişafdan danışmaq düzgün deyildir. Hər bir sistemin dəyərləri onu qoruyan və sürəkliliyini təmin edən əsas nəzarət mexanizmidir. Buna görə də Akademik mühitdə inkişafa nail olmaq üçün bu və digər dəyərlərdən ibarət akademik dəyərlər sisteminin olması və bu mühiti tənzimləməsi lazımdır.
Ali təhsilin hər üç pilləsini Türkiyənin müxtəlif universitetlərində tamamladığım üçün yuxarıda sadaladığım dəyərlərin yaratdığı imkanlara və inkişaf stimuluna şahid olmuşam. Bunun üçün Türkiyə təhsilimlə qürur duyur və bu qüruru yaşamaqda əməyi keçənlərə minnətdarlığımı bildirirəm. Ölkəmizin akademik həyatında bu dəyərlərin tezliklə oturdulmasını arzulamaqla birgə fəaliyyətlərimdə buna çalışıram və çalışacağıma da söz verirəm.

Mövzu ilə əlaqədar digər yazılar:
İş dünyası-Universitet əməkdaşlığı və faydaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma