Kassa önündə gözləməyə son…Alış-verişdə innovasiya…


Təqribən 4-5 ay əvvəl bloqda “Marketlərdə rəqəmsal marketinq və faydaları” adlı məqalədə alış-verişdə innovativ metodlardan olan rəqəmsal marketinqdən bəhs etmişdim. Məqalənin sonlarında isə artıq müəyyən sferalarda istifadə olunan QR kod sistemi ilə alış-veriş haqqında qısaca məlumat vermişdim. Bu yazımda maraqlı bir videonu- QR dəstəkli kredit kartları sistemi və bunların alış-verişdə tədbiqindən bəhs edən videonu sizlərlə paylaşmaq istədim.
 Alış-veriş özgürlüyünə 3 addım başlıqlı bu video həqiqətən gələcəkdə insanların kassa önündə gözlədikləri vaxta qənaət etmələrini, habelə marketlərin kassa işçilərindən azad olmasına(işsizliyə meydan açsa da ) gətirib çıxara bilər.

Gələcəyin AĞILLI MAĞAZA-larının istifadə edəcəyi bu sistemin tədbiqi üçün istehsalçı, bank, pərakəndəçi və bu əməliyyatlarda  digər iştirak edənlər hamısı bu sistemin tədbiqinin asanlaşması üçün tələb olunan qaydada məhsul paketləməsi, kredit kartlarında və  məhsullarda QR kodların olması şərtdir. Bu isə əvvəlki məqalədə də qeyd etdiyim kimi böyük fəaliyyətlər, ilk növbədə isə istək istəyir. Əvvəlcə kart üzərindəki QR telefonun yaddaşına verilir, daha sonra  məhsulun üzərindəki barkod oxudulur və ən sonra müştərilər QR kodla kiosklardan  ödəmə çeklərini alırlar. Bu sistemin tədbiqi insan xətasını sıfıra yaxınlaşdırmaqda, lakin işsiz kassiyerlər yaratmaqdadır. Seçim marketlərin olacaqdır. Ağıllı mağaza ilə əlaqədar dostumuz İlkin Manafovun “Ağıllı mağaza nədir?” bloq yazısını da oxumağı məsləhət görərdim.
Əyləncəli alış-verişlər bizi gözləyir(mi?)…
Mövzu ilə əlaqədar digər yazılar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma