Yazılarımı təqib edən dostlar yəqin ki futurologiya sahəsinin maraq dairəmdə olduğunu görürlər. Xüsusilə bu sahədə yazılan ədəbiyyatlar hələ tələbə vaxtından mənə maraqlı gəlmişdir və davamlı bu mövzulardakı kitabları oxumağa üstünlük verirdim. Səbəbi isə gələcəkyönlü iqtisadi-sosial inkişafda, təhsildə, idarəetmənin müxtəlif sahələrində ortaya şıxacaq yeniliklərin nələr olacağı və bunun həyatımıza necə təsir edəcəyi haqqında maraqlı nuanslarla tanış olmaq idi. İndi isə təkcə oxumaqla kifayətlənməyin düzgün olmadığını və bu istiqamətdə mütəmadi yazılar vasitəsilə oxucularımla düşüncələrimi paylaşmağı daha məğbul və faydalı olacağını düşünürəm. Məhz bu səbəbdən də dəyərli marketoloqlarımıza yönəlik bu ilin aprel ayında “Marketoloqlara məsləhət: Biraz da futuroloq olsunlar!“ məqaləsini yazmışdım.
Bundan əvvəlki yazılarda isə gələcəkdə şirkətlərdə meydana çıxacaq vəzifələrlə əlaqədar futuroloqların təxminlərini paylaşmışdım. Yəqin ki müəyyən mənada kimlərəsə faydalı ola bilər.
Daha sonra Türkiyədə fəaliyyət göstərən Türkiyə Futuroloqlar Dərnəyinə elektron məktubla müraciət etdim. 1 gün sonra üzvlük formunu doldurmam üçün göndərdilər. Eyni zamanda saytlarında üzvlük şərtləri açıqca göstərilibdir və hətta üzv olmağa çağırış da var.
Qısaca olaraq hər hansı cəmiyyətin və bunu əmələ gətirən kiçik cəmiyyət parçalarının inkişafı qapalı olmaqda deyil, açıq olmaqda. Məhz açıq cəmiyyətdə müxtəlif sahələrin inkişafı üçün fərqli fikirlər, yeniliklər səslənə bilər, daha çox dəyər qatıla bilər.
Gələcəyinizin dəyərli olması diləyi ilə…
Gələcəyin şirkətlərində yeni vəzifələr… -2
Gələcəyin şirkətlərində yeni vəzifələr…-1
Marketoloqlara məsləhət: Bir az da futuroloq olsunlar!
Maraqlidir. Men de 3-4 il bundan evvel Azerbaycan Marketinq Cemiyyetine uzv olmaq istemishdim. Onlarin 1 defe iclasinda ishtirak etdim ve ondan sonra o arzumu bir daha dile getirmedim. Iclas ne iclas……
BəyənBəyən
Rza qardaş elədir. Baxmayaraq ki o cəmiyyətin “sədri” əslində isə sahibi çox irəligörüşlü və təşəbbüskarç biznes düşüncəlidir. Cəmiyyət haqqında isə bu yazımda söyləmişəm fikirlərimi… Şəxsi məqsədlər üçün gözəl istifadə olunur. http://www.jabrayilvaliyev.com/2012/02/azrbaycanda-marketinq.html
BəyənBəyən