Marketinqin halqaları…


Marketoloqların yaxşı tanıdığı Seth Godinin bloquna baxarkən “Marketinqin halqaları” adlı məqaləsi diqqətimi cəlb etdi. Sizinlə həm məqaləni, həm də bu barədə düşüncələrimi paylaşmaq istədim. Yazı ilə bu linkdən tanış ola bilərsiniz:  http://sethgodin.typepad.com/seths_blog/2012/07/the-circles-of-marketing.html
Yazıda ilk başda qeyd edilən “marketinq reklam deyil” fikri və nəhayət ən sonda məhsul vəya xidmətin daha önəmli olduğu düşüncəsi məni daha çox cəlb etdi. Xüsusilə bu fikirlər həmişə müdafiə etdiyim bir məsələnin doğruluğunu təsdiqləyici bir fikirdir.

Bu da odur ki “brend menecerlər brend mecener olmamışdan əvvəl product menecer olmalıdırlar”!
Bu fikri mən həmişə müdafiə etmişəm. Səbəbi isə yazıda axırıncı hissədə də önəmi qeyd edilən ən içdəki halqa olan məhsul/xidmətin özüdür. Yəni yazıda da deyildiyi kimi, satmağa çalışılan məhsul/xidmət özü öz ünsiyyətini yarada bilirsə, öz dəyəri ilə istehlakçıları çəkə bilirsə, özü haqqında danışdırırsa satış və marketinqi daha asanlaşır.
Məhz bu səbəbdən brend menecerlər məhsulu danışdırmadan, məhsulu özündə dəyərləndirmədən digər halqalardakı əlavə dəyərlər üzərində çalışdıqları zaman işləri çətinləşir. Seth Godin də işiniz çətinə düşəndə bir iç halqaya yönəlməyi məsləhət görür. Halqaların ən ortasında isə məhsul/xidmətin özüdür.
Sadəcə reklam-kommunikasiya deyil, məhsul portfeli analizi, məhsul dəyər analizi, istehlakçıların məhsulu qavrama analizləri (perceptual map) də önəmli mövzulardır.

Marketinqin halqaları…” üzərinə 2 şərh

  1. Maraqlıdı, eslinde bu korporativ felsefeden behrelenir.. Ferqli bir pencereden baxsaq merkeze müşteri qoyulub eslinde, yeni mehsuldan gözlenen core benefitler. Mence Azerbaijan reallığında iç halqalar çölde, çöl haqlalar içerde olardı.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma