Sahələr üzrə assosiasiyalar (birliklər) nə üçün lazımdır…?


İqtisadiyyatın müxtəlif sahələri ilə əlaqədar assosiasiyaların mövcud olması və məqsədyönlü fəaliyyəti müxtəlif ölkələrdə əlaqədar sahələrin və bu sahədə fəaliyyət göstərən şirkətlərin inkişafında xüsusi yer tutur. Belə assosiasiyalar əsasən sahələr və bölgələr üzrə yaradılmaqdadır.

 Assosiasiya iqtisadiyyatın (biznesin) eyni sahəsində və ya eyni iqtisadi bölgədə fəaliyyət göstərən şirkətlərin üzvlük  iştirakı  ilə yaradılan, üzv şirkətlərin və ümumiyyətlə aid olduqları sektor və ya bölgələrin inkişafını dəstəkləyən quruluşlardır.  Nümunə üçün, Türkiyədə və bir sıra Avropa və Şərq ölkələrində belə birliklər çox effektiv fəaliyyət göstərir. Məsələn Türkiyədə ümumi olaraq müxtəlif sahələr üzrə istehsalçılar və
ixracatçılar birlikləri mövcuddur. Eyni zamanda bölgələr üzrə də belə birliklər fəaliyyət göstərir. Məsələn, İstanbul ixracatçılar birliyi və bu birliyi əmələ gətirən müxtəlif sahə birlikləri: istanbul qida ixracatçıları birliyi, İstanbul tekstil ixracatçıları birliyi.  Qaradəniz bölgəsi üzrə ixracatçılar birliyi və bunu əhatə edən sektorlar üzrə birliklər və s. Eyni şəkildə istehsal birlikləri də bu cür təşkil olunmuşdur. Yeri gəlmişkən Azərbaycanda sahələr üzrə araşdırdığım zaman ancaq Azərbaycan Turizm assosiasiyasına və Banklar assosiasiyasına rast gəldim. Digər sahələr üzrə  assosiasiyalar ya fəaliyyət göstərmir ya da  göstərir ancaq qapalı bir fəaliyyət mexanizmiylə ki araşdırma zamanı üzə çıxmadılar…
İndi isə keçək bu assosiasiyalar nə üçün lazımdır? sualına onların apardıqları fəaliyyətlərdən misal çəkərək cavab vermək istəyirəm.
– Belə assosiasiyalar sektor lehinə lobbiçilik fəaliyyəti aparır və sektor vəya sektor şirkətlərinin mənafeyi istiqamətində qanun və qərarların (vergi, gömrük və s.) çıxarılması istiqamətində güclü söz sahibi olurlar.
– Assosiasiyalar sektora aid və ya ümumi iqtisadiyyatla əlaqədar hesabatları, qanun və qərarları üzvləri ilə paylaşır, izah edir və istiqamət perspektivlərini göstərirlər.
– Assosiasiyalar xüsusilə bölgənin inkişafında problemli infrastruktura məsələlərinin həllində öncüllük edir, dəstək verir və tələb edirlər.
– Assosiasiyalar sektorla əlaqədar mühüm informasiyaları toplayır, sistemləşdirir və üzv şirkətlərə paylayır. Üzv şirkətlər isə bu məlumatlardan faydalanırlar. Buna real misal olaraq Türkiyədə Qida məhsulları ixracatçı birliyi və İstanbul ixracatçılar birliyinin üzvlərinə vaxtaşırı paylanan  idxal-ixrac tələbləri məlumatlarını və işbirliyi istəklərini (franchising və s. təklif və tələbləri) göstərə bilərəm. Məhz, özüm də bu tələblər  vasitəsilə  birçox müştəri qazandırmışdım çalışdığım şirkətə. Sekorial assoasiyalar məhz müxtəlif ölkələrdən olan ixrac və idxal tələblərini araşdırır (trade office və digər vasitələrlə), sistemləşdirir və üzvlərinə göndərir (elektron və ya yazılı formatda). Şirkətlər isə bu tələbləri incələyərək öz məhsullarına olan tələbləri verən şirkətlərə təkliflərini göndərirlər, potensial müştəriləri ilə əlaqə yaradırlar. Bu isə həm şirkətin ixracında həm də ümumi olaraq, sektor, bölgə və ölkənin xarici ticarətinin inkişafında kömək göstərir.
– Asssioasiyalar sektordakı elmi-texniki və ticari yeniliklərlə əlaqədar seminarlar, konfranslar düzənləyir və üzv şirkət əməkdaşları bu organizasiyalarda iştirak edir, həm təcrübə qazanır, həm də yenilikləri öyrənmiş olurlar.
-Assosiasiyalar şirkətlərin təlim ehtiyaclarının qarşılanmasında da dəstək olurlar, sektora və ümumi idarəetməyə aid müxtəlif professional təlimlər, kurslar keçirir və ya keçirilməsinə dəstək verirlər.  Üzv şirkət əməkdaşları  isə bu təlimlərdə iştirak edərək peşəkarlıqlarını və bilgilərini artırırlar.
-Assosiasiyalar dağıdıcı və zəiflədici rəqabətdən çox sağlam və inkişafyönlü rəqabətin yaranmasına çalışır, şirkətlərarası işbirliklərinin yaradılmasına şərait yaradırlar. Məsələn, tədarükçülər potensial istifadəçi və alıcı şirkətlərlə və ya eyni sektorda fəaliyyət göstərən ancaq müəyyən işbirliyi qurabiləcək şirkətlər bir-birlərilə görüşür və sektorun inkişafı istiqamətində birgə fəaliyyətlər aparırlar. Bu da sektorda sinerjinin yaranmasına gətirib çıxarır.
-Assosisasiyalar bəzən öz sektorları və bölgələri çərçivəsində araşdırmaların aparılmasında bilavasitə sifarişci ya da dəstək olurlar və bu araşdırmaların nəticələrini üzv şirkətləri ilə bölüşür onlara gələcək istiqamətlərində daha düzgün qərar vermələrində kömək göstərirlər.
– Assosiasiyalar elm ocaqları ilə daha sistemli və çoxsahəli fəaliyyətlər aparır və bu əməkdaşlıqdan çıxan nəticə və yenilikləri üzvləri ilə bölüşürlər.
– Assosiasiyalar müxtəlif sektorial və bölgə təmayüllü sərgilərin keçirilməsini həyata keçirirlər və ya buna dəstək olurlar, üzvlərin sərgilərdə iştirak etməyə cəlb edir və onların müəyyən güzəştlərdən faydalanmasına şərait yaradırlar.
-Assosiasiyalar üzv şirkətlər haqqında referans verir. Təbii ki bu da şirkətlər üçün faydalı və bir növ kontrol və inkişafa yönəldən bir mexanizmadır.
– Şirkətlər assosiasiyaların çıxardığı müxtəlif reklam və pr məqsədli yayınlarda yer alır, özləri haqqında məlumatları bu vasitələrlə yaya bilirlər.
Yuxarıda saydığım assosiasiyaların fəaliyyətlərindən bir qismidir. Mən düşünürəm ki ölkələrin və iqtisadiyyatının ölçüsündən asılı olmayaraq bu cür təşkilatlanmalar və fəaliyyətlər çox əhəmiyyətlidir. Belə assosiasiyaların olması zəncirvari olaraq şirkətlərə, aid olduğu sahəyə və ümumi iqtisadiyyata fayda verəcəkdir.

Sahələr üzrə assosiasiyalar (birliklər) nə üçün lazımdır…?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma