Satışda ünsiyyət və əhəmiyyəti (satış menecerləri üçün)…


Satışda müştəri ilə ünsiyyət olduqca əhəmiyyətli yer tutur. Satış şirkətlərarası və/və ya şəxslərarası bir sövdələşmə və anlaşma prosesindən ibarət olduğuna görə bu prosesin həyata keçirilməsi hər iki tərəf arasında ünsiyyətin qurulması və inkişafından birbaşa asılıdır.

 Müştəri ilə ünsiyyətin qurulması fəaliyyətində  ilk ziyarətlə  ilk dəfə olmayan rutin ziyarət arasında müəyyən fərqlər vardır.
İlk dəfə ziyarət olunan satış nöqtəsində izlənəcək addımlar:
 1.      Satış nöqtəsinə daxil olarkən qarşılayanlarla salamlaşmaq!
 2.      Qərar verici şəxsin təyin edilməsi!
3.      Özünün təqdim edilməsi!
4.      Ziyarət məqsədinin bildirilməsi!
5.      Şirkət haqqında ilkin informasiyaların verilməsi!
Rutin ziyarət zamanı isə aşağıdakı addımlar izlənməlidir:
1.      Satış nöqtəsinə daxil olarkən qarşılayanlarla salamlaşmaq!
2.      Mağaza satıcıları və digər işçiləri də salamlamağı unutmamaq!
3.      Mağaza səlahiyyətlisindən iş haqqında ümumi məlumat almaq!
4.      Rut planına uyqun olaraq ünsiyyətin inkişaf etdirilməsi!
Satış nöqtəsinə girdiyiniz zaman yaradılan ilk təəssürat və imic çox əhəmiyyətlidir. Siz göstərmiş olduğunuz profesional nəzakət qaydalarıyla satış nöqtəsi səlahiyyətlisi və işçilərinin inamını qazanacaqsınız.
İlk təəssürat yaratmaq üçün sizin ikinci şansınız olmayacaqdır!!
Ø  Ziyarət etdiyiniz mağazada sizi qarşılayacaq şəxs əgər istehlakçı ilə danışır və satış prosesindədirsə, onu salamlayaraq müştəriylə maraqlanmasına imkan yaradın.
Mağazanı ilk işinin öz müştərisinə xidmət etmək olduğunu unutmayın!
Ø  Əgər ziyarət edilən mağazada başqa bir şirkətin nümayəndəsi varsa, profesional biznes əxlaqına görə onun mağazadan çıxmasını gözləyin və daha sonra mağazaya girin.
Ø  Professional nəzakəti maşınınızı mağaza önünə park edərkən də göstərməlisiniz. Mağazadan mal yüklənməsinə və istehlakçıların mağazaya daxil olmasına mane olmayacaq şəkildə maşınınızı park etməlisiniz.
Ø  Satış nöqtəsində şəxsi istifadə sahəsi olan yerlərə məsələn, kassa yanına və s. yerlərə yaxınlaşmamaq.
Ø  Satış nöqtəsi səlahiyyətlilərinin şəxsinə ait məlumatlarla çox maraqlanmamaq və bu məlumatları başqalarına söyləməmək.

 

Yuxarıda qeyd edilən davranış qaydalarına riayət etməniz satış nöqtəsi səlahiyyətlisi ilə əlaqələrə necə təsir göstərir?
   Bu nəzakət qaydaları inam, disiplin, ciddiyətlilik və hörmət yaradır.

Ünsiyyətə başlamaq.
Satış nöqtəsi səlahiyyətlisinin sizi gördüyü andan etibarən müsbət bir davranış sərgiləməniz sizə aşağıdakı faydaları olacaqdır.
Ø  Mövcud olan əlaqələrin daha da gücləndirilməsi və ya müsbət bir ilk təəssüratın yaradılması;
Ø  Satış nöqtəsi səlahiyyətlisinə ziyarətlə əlaqədar informasiyaların daha effektli çatdırılması və təqdim etmənizə imkan yaradır;
Ø   Hər iki tərəf üçün faydalı olacaq bir atmosferin olmasına şərait yaradır;
Ø  Veriləcək təkliflərə satış nöqtəsi səlahiyyətlisinin daha açıq olmağina imkan yaradır.
Ziyarət vaxtı müsbət bir satış atmosferi yaratmaq çox əhəmiyyətlidir. Bu atmosferi isə ancaq mağazaya girişdə və ünsiyyətə başladığınız zaman yarada bilərsiniz. Daha effektli ünsiyyət qurmaq üçün təcrübələrinizdən istifadə edə bilərsiniz.
Ünsiyyətə başlarkən satış meneceri ilk növbədə aşağıdakıları əldə etməyə çalışmalıdır:
Ø  Özünə inam və etibar qazanmaq;
Ø  Təmsil etdiyi şirkətə inam qazandırmaq;
Ø  Təklif etdiyi məhsullara müştəridə inam yaratmaq.
İlk Fayda işarəti. 
Satış nöqtəsi səlahiyyətlisi ilə ünsiyyət qurduğunuz zaman sizi nəyə görə dinləməlidir sualına cavab tapması üçün İLK FAYDA ifadələrinə yer vermək lazımdır. Müştərinin diqqətini və marağını cəlb etmək üçün bu ifadələrin rolu böyükdür. Çünki qarşınızdakı bir ticarət insanıdır və mütləq şəkildə hər görüşmədən hansısa faydalar əldə etməyi istəməkdədir və bu təbii bir davranışdır. Siz hər hansı bir yeniliyi bildirməklə və ya müştərinin xeyrinə olan dəyişikliklə ünsiyyətə başlaya bilərsiniz. 

“Uğurlu satış metodları” kitabımdan bir hissə…
Uğurlu ünsiyyət və satışlar diləyi ilə…

Yazı ilə əlaqədar digər məqalələr:
Müştəri ziyarəti və satışda rut sistemi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma