Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış…


Bir müddət əvvəl ölkəmizin Dünya İqtisadi  Forumun hesabatı olan   Qlobal Rəqabətqabiliyyətlilik  sıralamasında bir neçə pillə irəliləyərək 144 ölkə arasında 46-cı yeri tutduğunu bəzi KİV-lərdən duyarkən təbii olaraq maraq oyandı və bunu araşdıraraq bizi önə çəkən nələrin olduğunu öyrənmək istədim. Ancaq hesabatı incələyərkən məni əsas maraqlandıran və gələcəyimiz üçün daha vacib olan göstəricilərdə hələ də arxa sıralarda olduğumuzu görəndə irəli göstəricilər məni elə də sevindirmədi… Ona görə də irəli göstəricilərin nələr olduğuna bu keçiddən http://www3.weforum.org/docs/WEF_GlobalCompetitivenessReport_2012-13.pdf  Sizlər özünüz   hesabata baxaraq görə  bilərsiniz.

   Mənim isə məqsədim məni narahat edən və həqiqətən də gələcəyimiz üçün daha əhəmiyyətli olan, bizi sıralamada sonlarda tutan məsələlərə toxunmaqdır.
İlk öncə biznes fəaliyyətinə mane olan əsas problemlərə nəzər salaq:
– Bəli gözlənildiyi kimi korrupsiyanın payı ilk sıradadır və 23,4 % paya sahibdir.
– İkinci sırada maliyyə təminatı çətinliyi 14,2% (Korrupsiya və buna bağlı amillər bunu artırır desək yəqin ki səhv etmərik.)
– İnfrastrukturanın qənaətbəxş olmaması 10 %
– Vergi dərəcələri 9,8 %
– Müvafiq Təhsilli işgücünün olmaması 8,9%
– Vergi düzənləmələri 8,3 %
– Dövlət qurumlarının (burokrasi) effektsizliyi 7,4 %
– Milli işgücü içində zəif iş etikasının olması 6,8%  
və sair…
Mən yuxarıda əsas faktorları qeyd etdim. Göründüyü və bilindiyi kimi korrupsiya bəlası ilk sıradadır. Bu istiqamətdə yaxşılığa doğru atılacaq hər addım digər faktorlara da müsbət təsir göstərəcəyi qətidir. Bu öz yerində, mən qaraladığım digər 2 faktoru da ön plana çəkmək istərdim. Uyğun təhsilli işgücünün yetərsiz olması və milli işgücünün zəif iş etikasına malik olması faktorları biznes fəaliyyətində əsas problemlər olaraq dəyərləndirilmişdir. Bu hər iki faktorun qabarıq olması məhz iş həyatına qədərki ixtisasbazlı təhsilin və iş həyatı boyunca təlimlərin yetərsiz və effektsizliyindən qaynaqlandığını düşünürəm. Gərçi bu hesabatda ölkəmiz şirkətlərdə işçi heyətinin təlimləndirilməsi dərcəsində 56-cı sırada olmaqla orta mövqe tutsa da, hər şeyin kökü olan təhsil sisteminin keyfiyyəti-nə görə 144 ölkə arasında 109-cu sıradadır. Təhsilin ilk mərhələsinin keyfiyyətinə görə 113-cü sıradayıq. Bunlar gələcəyimizə birbaşa mənfi təsir edəcək indiqatorlardır.
Biznes həyatı baxımından hər zaman bəhs etdiyim professional idarəetmənin aşağı səviyyədə olması isə digər bir dəyərləndirmə kriteriyası olan İdarəetmə məktəblərinin keyfiyyəti baxımından 123-cü sıradayıq. Hesabatda Professional idarəetməyə güvən kriteriyası üzrə də təbii olaraq ən arxa sıralardayıq, 102 yerdə. Beyin köçü üzrə də elə də qənaətbəxş deyilik. Bu yuxarıda qeyd etdiyim kriteriyaların gələcəyimiz üçün daha əhəmiyyətli olduğunu düşünürəm.  Ümumi sıralamada irəliləməklə birgə məhz bu gələcək istiqamətli fəaliyyətlərdə və dərəcələrdə də irəliləyiş etmək vacibdir.
Ümumiyyətlə hesabat genişdir və hər sahəyə uyğun müxtəlif kriteriyalar və dərəcələndirmələr var.
Bu hesabata baxmağınız, məlumatlanmağınız və gücünüz çatdığı istiqamətdə əlaqədar sahənizdə müsbət istiqamətdə fəaliyyətlər aparmağınız diləyi ilə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma