Reklamda açıqlıq (aydınlıq) və sadəlik…


Bu yazını yazmağıma səbəb Türkiyənin mobil operator şirkəti AVEA-nın yayınladığı son reklam olmuşdur. Bundan əvvəl də bir neçə yerdə yazdığıım və oxunmasını məsləhət gördüyüm Robert Apdegraff-ın “Obvious Adams”  hekayəciyində  deyilənlərin işığında çəkilmiş reklamdır sanki…
“Obvious Adams” hekayəciyi 1916-cı ildə yazılmasına baxmayaraq hələ də öz güncəlliyini qorumaqdadır. Bu hekayəcikdə deyilənlərlə bunu əlaqələndirmək istərdim.

Hər hansı bir problemi sadə dillə ələ almaq və açmaq həyatın bütün sahələrində olduğu kimi biznesdə də önəmlidir. Şirkətin, brendin, məhsulun  istehlakçılara çatdırılmasında da bu meyardan istifadə edilməlidir.  Reklam yazısının və reklam məsajının Apdegraff sadə olmasını məsləhət görür və belə əsaslandırır ki çox zaman problemlərin sadə tərəfi, sadə həlli nəzərdən qaçırılır və heç məhəl qoyulmur… AVEA bu reklamında məhz çoxlarının diqqət etməyəcəyi amma rəqibdə olan problemi sadə dillə açıq və aydın olaraq istifadəçilərə çatdırdığını görürük.
 Apdegraff-ın ön gördüyü ikinci tezis isə “hər hansı bir məsaj və ya həll yolunun insan təbiətinə nə qədər yaxın, nə qədər uyumlu olmasının əhəmiyyətidir”. Yəni verilən bir məsaj hər hansı bir insana açıqca çatmalıdır və bunun haqqında insan düşünməməlidir… Bu reklamda müxtəlif yaxın insanlarla olan dialoqlardakı səslənişlər çox sadə və insan təbiətinə yaxın dilə gətirilmişdir. Deyilən qarşılıqlı cümlələr də eyni şəkildə tamamilə sadə və açıqdır: “biz ayrı operatörlerin insanlarıyız” və s. kimi… 
Digər üçüncü bir məsləhət isə vermək istədiyiniz məsajınız 1-2 sözlə ifadəsi və bunun anlaşılır olmasıdır.  “Özgürcə seçin”, “seçmə özgürlüğü Aveada” və bunun kimi reklamda gedən qısa məsajlar buna misaldır…
Qısaca olaraq reklamcılara belə sadə və mənalı reklam ideyaları ortaya qoymaları üçün yenə də Apdegraffın reklam haqqındakı kiçik hekayəsini oxumalarını məsləhət görərdim…

Reklamda açıqlıq (aydınlıq) və sadəlik…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma