Biznes təlimləri təklifi necə olmalıdır?


Son bir neçə ildə təlim sektoru və bu sektordakı tələb və təklif prosesi ilə yaxından maraqlanmaqdayam. Kəmiyyət etibarilə təlim şirkətləri, müstəqil təlimçilər və şirkət daxili (intern) təlimçilər artmaqdadır. Bu sevindirici bir haldır. Çünki biznesin hər sahəsində təlimlərə ehtiyac var və bu ehtiyac zamanla tələbə çevriləcəkdir!!! Ancaq bu sahədə şirkətlərdə peşəkar səviyyədə təlim üzrə menecerlərin az olması həm təlim tələbinin formalaşması, həm də uyğun! təlim və təlimçilərin seçilməsi prosesinə mənfi təsir göstərir.
Digər tərəfdən isə peşəkar və uzunmüddətli düşünən, ixtisas sahibi təlimçilərin yetərli sayıda olmaması səbəbindən bu sahədə rəqabətin hələ də sönük olmasını söyləmək mümkündür.
Rəqabətin sönüklüyü isə təlim sektorunda ehtiyyaclar istiqamətli uyğun təlim proqramlarından ziyadə standart və demək olar ki sektor, fəaliyyət prosesi, məhsul, təlim iştirakçılarının xüsusiyyətləri nəzərə alınmadan təlim programlarının təklif olunması ilə nəticələnir.
Bu xüsusilə satış təlimləri proqramlarına aiddir.Təklif hazırlanırkən ehtiyyac və bəhs etdiyim digər xüsusiyyətlər öyrənilmədən standart satış ilə əlaqədar təlim proqramları təklif olunur. Qarşı tərəfin isə bu sahədə bilgi və təcrübəsizliyi nəticəsində alınan təlimlər istənilən nəticəni vermir. Bu isə “qurunun oduna yaş da yanar” misali bütün təlimçilər haqqında mənfi rəylər yaradır.

Bunları nəzərə alaraq BİZNES TƏLİMLƏRİ NECƏ TƏKLİF OLUNMALIDIR?

Aşağıdakı addımlardan ibarət təlim təklif paketi hazırlanmalı və bu addımlar izlənməlidir.

1. Biznes təlimin keçirilməsinə dair ön təklifin işlənib hazırlanması.
Burada sadəcə olaraq mövzunun adı göstərilə bilər… Mövzuda nələr əhatə olunacaq deyil! Təbii ki bu bəzi standart təlimlərə aid deyil!

2.Sifarişçi ilə təlimçi arasında ilkin danışıqlar
Məqsədlərin, istənən nəticələrin, təlimqabağı və təlimsonrası işin ətraflı müzakirəsi.

3. Təlimqabağı diaqnostika 
Təlim iştirakçılarının xüsusiyyətlərinin öyrənilməsi, əsas və əlavə ehtiyyacların müəyyənləşdirilməsi, sahə haqqında məlumat, bundan əvvəl eyni mövzuda təlimin keçirilib keçirilməməsi, keçirilibsə nədən narazı qaldıqları, hansı mövzuların şirkət üçün daha önəmli olduğunun təyin edilməsi.
Bəzən bu sifarişçi tərəfindən verilsə də təlimçinin bu diaqnostikanı aparması vacibdir. Çünki bəzən şirkətlər əsil ehtiyyacı müəyyənləşdirə bilmirlər və nəticədə yenə bu sahədə olan problemlər eynilə qalır.

4. Diaqnostika nəticələrinin analizi
Diaqnostika aparıldıqdan sonra nəticələr analiz edilərək, təlim iştirakçıları üçün təlim vəsaitinin, alternatif təlim proqramlarının, ssenari və modulların hazırlanması

5. Sifarişçi ilə təlimçi arasında növbəti danışıqlar
Diaqnostika nəticəsində hazırlanmış biznes təlim proqramının təklifi və təsdiq etdirilməsi

6.Biznes təlimin keçirilməsi
Təlim prosesi zamanı ortaya çıxacaq ekstra ehtiyyaclara görə adekvat addımların atılması nəzərə alınmalıdır.

7. Nəticələrin analizi və təlimin effektliliyinin qiymətləndirilməsi 
Təlim nəticəsinin analizi, problemlərin və zəif nöqtələrin aşkarlanması, sifarişçiyə bildirilməsi və səmərəli təkliflərin verlməsi

8. Təlimsonrası müşayiət etmə və feedback-in ölçülməsi
Bu addım fikrimcə ən vacib və müştəri məmnuniyyəti təmin edən addımdır. Bu addım təlim sırasında unudulan və nəzərdən qaçırılan nöqtələrin sahə içində praktik olaraq həll edilməsi, əksikliklərin aradan qaldırılması üçün vacibdir. Məhz bu addımda təlimin öz məqsədinə çatması istiqamətindəki boşluqlar doldurulur. 


9. Sifarişçinin seçimi əsasında digər etaplar:
Attestasiyaların keçirilməsi, məsləhətlərin verilməsi, dəyirmi masaların təşkili, couching xidmətinin təklifi və s.

Yuxarıdakı addımları əhatə edən biznes təlim təklif paketinin hazırlanmasını hər iki tərəf üçün faydalı olacağı və qarşılıqlı məmnuniyyətin yaradacağını düşünürəm. Şəxsimə gələn təlim tələb və etdiyim təkliflərdə də bu addımları nəzərə alaraq buna uyğun təkliflər vermək tərəfdarıyam.

Uğurlar diləyi ilə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma