Satış menecerləri necə hesabat hazırlamalıdırlar?


Satış menecerlərinin funksiyaları adlı yazıda əsasən satış menecerlərinin sahədəki fəaliyyətini əhatə edən funksiyaları nəzərinizə çatdırmışdım. Və həmin yazıda satış menecerinin funksiyasından biri olaraq hesabat vermə funksiyasını qeyd etmişdim. Hesabat hazırlama funksiyası nələri əhatə edir? Bu yazıda söz verdiyim kimi daha geniş olaraq buna yer vermək istədim.
 Satış menecerləri sahədəki fəaliyyətləri ilə bərabər satış ilə əlaqədar inzibati işləri də məsuliyyətlə yerinə yetirməyə çalışmalıdırlar.
 Satış ilə əlaqədar inzibati işlərin əsas hissəsini fəaliyyətlərin hesabatının hazırlanması və rəhbərliyə çatdırılması təşkil edir. Satış menecerlərinin vaxtlarının əsas hissəsi sahədə yəni rutda  keçdiyi üçün hesabatlar günlük deyil, həftəlik və aylıq olaraq hazırlana bilər.
 
Hesabat hazırlamaq niyə əhəmiyyətlidir?
 
·         Həftəlik görülən bütün işlərdən satış rəhbərinin xəbərdar edilməsi üçün;
·         Təkliflərin verilməsi üçün;
·         İşin effektliyinin və keyfiyyətinin artırılması üçün;
·         Ortaya çıxan problemləri vaxtında həll etmə imkanının yaradılması üçün.
     
              VƏ HESABAT HAZIRLAMAQ İNKİŞAF ETDİRİR!!!
 
Çünki, vəziyyəti analiz etmək və buna aid təkliflər vermək satış menecerinə bu istiqamətdə təcrübə qazandırır!
Hesabatlar necə hazırlanmalıdır?
 
·         Satış müdiri tərəfindən sizə verilən hər hansı bir hesabat formatı varsa, bu formatda hesabat təqdim olunmalıdır.
·         Hesabatlar düzgün informasiyalarla, tarixlər qeyd edilməklə hazırlanmalıdır.
·         Hesabatlar satış meneceri tərəfindən təkrar oxunmalı, təklif və problemlərin necə izah edildiyinə diqqət edilməlidir.
·         Rut əsnasında fövqəladə və ya çox əhəmiyyətli məsələlər ortaya çıxarsa həftəsonu hesabatı gözlənilmədən satış müdiri ilə əlaqəyə keçilməlidir.
 
Hesabatlar necə olmalıdır?
  • Sadə dillə yazılmalıdır;
  •  Hər məlumat haqqında ətraflı izahat yazılmalıdır;
  • Qarışıq olmamalıdır. Planlı və maddələr halında yazılmalıdır;
  • Uyğun üslub və kəlimələrdən istifadə olunmalıdır. Günlük istifadə edilən ara sözlərlə yazılmamalıdır;
  • Rəsmi xarakter daşımalıdır;
  •  Lazım olduğu zaman texnik məlumatlara yer verilməlidir;
  • Vəziyyətin izahı/Məlumatlandırma/Qərar verilməyə istiqamətlənmiş olmalıdır;
  • Lazımsız ifadələr istifadə edilməməlidir.
  •  Uzun cümlələrdən istifadə olunmamalıdır. Qısa və konkret yazılmalıdır.
  • Hesabatda sadəcə problemlər deyil, problemlərin təklif olunan həll variantları da göstərilməlidir.
  • Əlavə olunacaq fayl,  sənəd və s. varsa hesabata əlavə olunmalıdır.
Hesabat standartı hər zaman qorunmalıdır.
  
UNUTMAYIN!
 Hesabatda təklifləriniz mütləq qeyd olunmalıdır. Təkliflərdə “mənə görə, fikrimcə, zənn edirəm, deyəsən…” kimi kəlimələr yerinə konkret vəziyyət göstərilməli, varsa rəqəmlərdən istifadə olunmalıdır.
 
Satış menecerlərinin inzibati işlərinə hesabatla bərabər, ofisdə gördükləri fəaliyyətlər də aiddir. Bu ofisdə öz funksiyalarını yerinə yetirməkdə ona kömək göstərən aid olduğu  və olmadığı digər departmanların  işçilərilə xoş münasibətdən tutmuş, ofis və ofis vəsaitlərindən istifadə qaydalarınadək geniş fəaliyyətlər bütünüdür.  Bu inzibati işlərdən bəziləri aşağıdakılardır:
 
·         Ofis texnikası və digər vəsaitlərindən düzgün istifadə;
·         Şəxsi kompyuterdən düzgün istifadə;
·         Hesabatlar saxlanan qovluqların qaydaya salınması;
·         Sənədlərin düzgün saxlanması və qorunması;
·         Şirkət tərəfindən verilən avtomobil və digər vasitələrdən düzgün istifadə və s.
 
Uğurlu satışlar diləyi ilə…

Mövzu ilə əlaqədar digər yazılar:
Satış menecerlərinin funksiyaları

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma