Şirkətlərdə təlim mərkəzinin qurulması yolları…


Biznes həyatı daimi yeniləmə və inkişaf tələb edir. Bu yeniliklər və inkişafa, təbii ki şirkət personalının yenilikləri əldə etməsi və öz ixtisasında peşəkarlığını artırması ilə nail olmaq olar. Bunun üçün mövcud personalın dəyərləndirilməsi funksiyası HR tərəfdən peşəkarca həyata keçirilməlidir.  Personal (performans və ümumi) dəyərləndirilməsi nəticəsində şirkətin məqsəd və hədəfləri istiqamətində personalın yetərliliyi, üstün və zəif olduğu nöqtələr, inkişaf etdirilmə sahələri meydana çıxır.
 Şirkətlərin bu mərhələdə öz personalını inkişaf etdirmək üçün müxtəlif professional təlimlərə ehtiyacı yaranır. Şirkətlər bu təlim ehtiyacını qarşılamaq üçün müstəqil təlimçilərə, sahələrə uyğun təlim mərkəzlərinə müraciət edirlər. Ancaq çox zaman belə təlimlər şirkət ehtiyacını düzgün qarşılamamaqda və effekti az olmaqdadır. Burada əsas səbəb
 Bütün bunların müəyyən ölçüdə mənfi yönlərini görən şirkətlər öz daxilində təlim mərkəzləri yaratmağı daha uyğun bilirlər. Ancaq təlim mərkəzinin qurulması çox uzun bir prosesdir və o qədər də asan iş deyil. Təlim mərkəzinin qurulması üçün şirkətlər aşağıda mərhələlərlə göstərilən fəaliyyətləri həyata keçirməlidirlər.
Birinci mərhələ: Cari və inkişaf etdirilməsi labüd təlimlərə ehtiyacın müəyyənləşdirilməsi.
İkinci mərhələ: Şirkətin aktif və pasif dövrünü(sezonunu) müəyyənləşdirmək.
Üçüncü mərhələ: Təlim proseslerinin uğurlu funksiyalaşdırılması üçün imkan və risklərin təyin edilməsi.
Dördüncü mərhələ: Üç əsas suala cavab axtarmaq:
1) Qurulma məqsədi; 2)Arxitekturası; 3) Təlim prosesisinin strukturu və içərikləri.
Beşinci mərhələ: Təlim mərkəzinin məqsədlərinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi.
Altıncı mərhələ: Təlim mərkəzinin vəzifələrinin təsviri.
Yeddinci mərhələ: Təlim mərkəzinin organizasional strukturunun təyini. Təlim mərkəzində fəaliyyət göstərəcək personalın ştat cədvəlinin hazırlanamsı. Təlim mərkəzinin maddi bazasının müəyyənləşdirilməsi.
Səkkizinci mərhələ: Təlim ehtiyaclarının dəqiqləşdirilməsi. Təlim planının hazırlanamsı. Təlimdə daxili resurs istifadə imkanlarının müəyyənləşdirilməsi və sistemləşdirilməsi. Daxili və xarici təlimçilərin müəyyənləşdirilməsi.
Doqquzuncu mərhələ: Şirkətin əsas strukturları üçün təlim və seminar keçirilməsi periodlarının-tsikllərinin (mütəmadi təlimlər) müəyyənləşdirilməsi.
Onuncu mərhələ: Bütün istiqamətlərdə müvafiq bilik və informasiyaların yer aldığı korporatif təlim kitabçalarının hazırlanamsı və bunun çoxaldılması sisteminin qurulması.
On birinci mərhələ: Təlim mərkəzinin uğurlu fəaliyyəti üçün effektivlik sisteminin qurulması və tətbiqi.
On ikinci mərhələ: Təlim mərkəzinin inkişaf etdirilməsi və təlim proseslərinin təkmilləşdirilməsi üçün proqramların hazırlanması.
           
       Təbii ki hər bir fəaliyyətin və strukturun arxasında maddi baza durmalıdır.  Təlim mərkəzinin qurulması və fəaliyyəti üçün də aşağıdakı istiqamətlərdə xərclər tələb olunacaqdır:
·         Təlim mərkəzinin yaradılması və açılışı xərcləri
·         Lisenziya alınması (sertfikat və müxtəlif proqramların alınması)
·         Təlim programlarının hazırlanması, təlim materiallarının  hazırlanması və çap edilməsi
·         Təlim mərkəzi nəzdində öyrədici saytın qurulması və dəstəklənməsi
·         Maddi-texniki bazanın qurulması
·         Təlim mərkəzinin dəstəklənməsi və inkişaf etdirilməsi xərcləri
·         Xarici və daxili təlimçilərə ödəmələr
·         Lisenziyaya yeni professiyaların əlavə edilməsi
·         Maddi texniki bazanın təkmilləşdirilməsi
·        Yeni təlim proqram və materiallarının hazırlanması və movcud materialların təkmilləşdirilməsi xərcləri.
  
Düzgün seçilmiş və düzgün alınan təlimlər xərc deyil, investisiyadır!

Ümid edirım ki yuxarıda yazılanlar müəyyən ölçüdə daxili təlim mərkəzi qurmağı düşünən şirkətlərə faydalı ola biləcəkdir.

Bilgi və sevgi paylaşdıqca artar! Uğurlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma