Turizmin digər sahələrə müsbət təsiri…


Bu yay boyu həm istirahət məqsədilə, həm də ezamiyyətlərlə əlaqədar ölkə xaricinə və ölkə daxilində müxtəlif rayonlara bol-bol səyahətim olmuşdur. Əvvəlcə onu qeyd edim ki, həqiqətən çox gəzməklə çox şey öyrənirəm və bu da mənim müqayisə etmək qabiliyyətimi artırmış olur. Müqayisə edərək isə yaxşı ilə pisi seçmək bacarığımız artır. Çoxdandır ki turizm barədə nəsə yazmaq istəyirdim. Əslində çox geniş mövzudur. Ancaq bu yazıda əsas olaraq turizmin digər sahələrə təsirindən misallar göstərmək və bunun müsbət təsirini vurğulamaq istəyirəm.

Xarici ölkələrə istirahət üçün gedənlərimiz yaxşı bilirlər ki, bu ölkələrdə (misal üçün Türkiyə) xüsusilə böyük otel və istirahət mərkəzlərində müştərilərin istirahəti üçün nə lazımdırsa edilir. Və bu da davamlı müştəri məmnuniyyətinə çevrilirək, hər il belə ölkələrə gedənlərin sayı artır. Bir misal qonşu Gürcüstana gedən turistlərin sayı hər il ortalama 30-40% artır və 2011-ci ilin rəqəmi 1mln.900min olmuşdur. Bu rəqəm bizə gələn turist sayından çoxdur. Məqsədim turist sayında artan rəqəmlərin və ümumiyyətlə turizm sahəsinin digər sahələrə real təsirlərini göstərməkdir. Bizə çox adi görünən bu sadaladıqlarım mənim fikrimcə böyük təsirə malikdir.
– Gələn turist sayının artmasıyla otellərin sayı artır. (Tikinti və tikinti yan sənayelərə təsiri)
– Otellərin sayının artmasıyla bu otellərdə istifadə olunan mebellərin sayı artır (mebel sektoruna təsiri)
– İstifadə olunan mebellərin sayının artmasıyla yataq malzəmələri sayılarının artması (tekstil sektoruna təsiri)
– İstifadə olunan banyo tekstilinin artması (tekstilin bu sahəsinə təsiri)
– İstifadə ediləcək mini soyuducu, tv, telefonların artması (bəyaz əşya və tv istehsal və satışı)
– İstifadə olunan təmizlik malzemelerinin artması (təmizlik məhsulları sektoruna təsiri)
– Otellərdə restoran sayılarının artması ilə masa və stullara tələbatın artması ( mebel sektorunun bu sahəsinə təsiri)
– Restoranların artması ilə yeyəcək-içəcək qab-qacaq və digər  xırdavatlardan istifadənin artması (qab-qacaq, mətbəx vəsaitləri, sufrəliklər və digər malzəmələrin istehsalına təsiri)
– İstehlak olunan yeyəcək və içəcəklərin artması ( qablaşdırma, qida və içki sənayesinə təsiri)
– Əyləncə yerlərinin artması ( Peşəkar və həvəskar əyləncə təşkilatçı və animatorların işə cəlb olunması)
– Əyləncə yerlərinin (teatr səhnəsi, müxtəlif yaşa aid uşaqların əyləncə məskənlərinin artmasıyla əyləncə (əyləncə malzəmələri istehsalı) sektoruna təsiri)
-Otellərin artmasıyla burada yerləşən müxtəlif idman təyinatlı mərkəzlərin artması (idman məhsullarının istehsalına təsiri)
– Otellərin artmasıyla xarici dil bilən işçilərə tələbat (dil kursları və kitab və s satışlara təsiri)
– Çimərliklərdə istifadə olunan əşyaların artması (Plastik, tekstil və digər sektorlara təsiri)
– Otel sahələrinin yaşıllaşdırılması ( yaşıllaşdırma sahəsinə təsiri)…
və s. və s.
Bu yuxarıdakı siyahını uzada bilərik. Ancaq bu misalları çəkməklə turuzmin “externality”-sini, digər sahələrə müsbət təsir imkanını göstərməyə çalışdım. Təbii ki bu da xüsusilə yüngül sənaye sahələrinin, kiçik və orta böyüklükdəki şirkətlərin çoxalmasına, iş yerlərinin artmasına, rəqabətin və belecə keyfiyyətin yüksəlməsinə və gələcək müştəri sayının artması ilə davamlı bir inkişafa səbəb olacaqdır.
 Bizdə bəzi bölgələrdə xüsusilə müxtəlif əyləncə (entertainmentlər) animasiyaları üçün çox gözəl imkanlar olduğu halda xaricdə istifadə edilən bu vasitələrdən nədənsə istifadə etməyə hələ də yanaşmırlar. Bu isə  maksimum 2-3 gün həmin yerdə qalmağa səbəb olur.
Amma müxtəlif əyləncə və idman oyunları, maraqalı göstəri və animasiyalar olsa (həm böyüklərə, həm uşaqlara xitab edəcək) şübhəsiz istirahət müddəti uzanacaq və tələbatın ölkə daxilində qarşılanması gerçəkləşəcəkdir. Əks təqdirdə insanlarımız qiymət və xidmətin keyfiyyətini müqayisə edərək hələ başqa ölkələrə getməyi üstün tutacaqlar. Bu mövzu geniş və maraqlı mövzu olduğu üçün gələcəkdə də bu mövzu ilə əlaqədar yazıları davam etmək fikrindəyəm.
Rəylərinizi bildirməniz ümidiylə…

Turizmin digər sahələrə müsbət təsiri…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma