Uğurlu Satış Menecerlərinin xüsusiyyətləri


      Keçən yazıda uğursuz satış mencerlərinin xüsusiyyətləri haqqında yazmışdım. Uğurlu satış menecerləri, o yazıda sadaladığım uğursuzluq addımlarını atmamaqla birgə, aşağıda sadaladıqlarımı satış prosesi zamanı həyata keçirən satış adamlarıdır.
      Beləliklə uğurlu satış menecerləri:

          Çox yaxşı dinləyicidir.
          Hər hansı bir alıcıya satmır. Düzgün adama, düzgün zamanda, düzgün məhsulu təklif edir.
          Plansız satış etmir. Bütün satışları hədəf və planlar istiqamətində həyata keçirir.
          Dialoq qurur. Düzgün münasibət və düzgün suallarla işə başlayır.
          Məhsulu təqdim etmədən öncə müştəri ehtiyacını araşdırır və üzə çıxarır.
          Məhsulun ancaq müştərinin ehtiyaclarına uyğun xüsusiyyət, üstünlük və faydalarını ön plana çıxarır.
          Müştəri etirazını öz şəxsiyyətinə qarşı hücum kimi qəbul etmir. Etirazın əsl sabəbini araşdırır.
–     Uğurlu və yaxşı satış menecerinin məqsədi satmaq deyil, müştərinin almasına kömək etmək və qarşılıqlı qazanc şəraiti yaratmaqdır.
          Müştərinin satın alma siqnallarını müəyyənləşdirdiyi vaxt satışı gecikdirmədən uyğun tərzdə yekunlaşdırır.
          Satış sonrası dəyərləndirmənin növbəti satış ziyarətinin başlanğıcı olduğunu bilir.
   Satışda və həyatda uğur qazanmağınız diləyi ilə…

Uğurlu Satış Menecerlərinin xüsusiyyətləri” üzərinə bir şərh

  1. Cəbrayıl müəllimin varsa satış təcrübələrindən yazmasını xahiş edərdim. Nəzəriyyəni praktikada tədbiq etmək onun üçün çətin olmayıb? Çünki fikrimcə satış şəxsi keyfiyyətlərdən bilavəsitə asılı olan prosesdir, sektorlara və müştəri segmentinə görə də dəyişir. Sahədən gələn bir işçini əlavə kurs və təlimlərlə yetişdirib satış şöbəsinin rəhbərliyinə gətirmək mi, satış haqqında biliyi ancaq kitablardan və təlimlərdən alan bir kəsi satış və marketing şöbəsinin rəhbərliyinə gətirmək mi düzgündür? Əvvəlcədən təşəkkür edirəm. Fikirləriniz mənimçün dəyərlidir. Şəxsim adına deyə bilərəm ki, sizdən bir müəllim kimi öyrənəcəyim və istifadə edə biləcəyim çox şey var.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma