Satış bacarığı nədir? Satış menecerləri üçün "Özünü yoxla" testi.


Satış bir prosesdir. Satış bacarığı isə bu prosesin daha uğurlu və efektiv olmasını təmin etməklə əlaqədar bacarıqlar toplusudur. Satış menecerinin əsas satış bacarığı, müştərilərinin satınalma istəyinin qərara çevrilməsində onlara kömək göstərmək və müştəriləri  özlərinin verdikləri satınalma qərarının hər iki tərəfin qazandığını ifadə edən  “QAZAN-QAZAN” prinsipinə uyğun bir qərar olduğuna inandıra bilməkdir.

Bəzən satış bacarığının insanda anadan gəlmə olduğuna inanırlar. Ancaq satışdakı proseslərin mürəkkəbliyi satış ilə əlaqədar bacarıqların sadəcə yaradılışdan gələn bir xüsusiyyət olduğunu təsdiqləmir. Burada artıq satıcının təcrübəsi, satış ilə əlaqədar seminar və təlimlərdən öyrəndikləri, kitab və s. vasitələrdən oxuduqlarından əldə edilən bacarıqların mühüm rol oynadığı ortaya çıxır.
Satış bacarıqlarının inkişaf etdirilməsi nə üçün əhəmiyyətlidir?
Daim dəyişkən bir mühitdə yaşadığımız üçün satış prosesi də əhatəsində cərəyan edən dəyişikliklərin təsiri altında qalmaqdadır. Satış məqsədlərinə çatmaq üçün bu dəyişikliklərə vaxtında reaksiya göstərmək vacibdir. Baş verən dəyişikliklərdən müsbət istiqamətdə faydalanmaq üçün mövcud satış bacarıqlarını inkişaf etdirmək və artırmaq düşüncəsinə sahib olmaq lazımdır.
Satış bacarıqlarının inkişaf etdirilməsi və artırılması satış hədəflərinə çatmağa və rəqiblərdən daha üstün olmağa təsir göstərəcəkdir. Eyni zamanda satış bacarıqlarının inkişaf etdirilməsi, satış menecerlərində özünə inam və həvəs yaradacaqdır.

Satış menecerləri üçün “Özünü yoxla” testi.

o      Ziyarət etdiyim və  görüşdüyüm müştəri/müştəri namizədinin suallarına tam cavab vermək üçün təmsil etdiyim şirkət və şirkətin satış siyasəti haqqında tam məlumata malikəm.
o      Satışını təklif edəcəyim məhsullar haqqında tam məlumata malikəm.
o      Gözlənilməyən hallar baş verərsə həll etməyə hazıram.
o      Ziyarət məqsədlərim tam açıq və aydındır.
o      Məqsədlərim ölçulə biləndir.(Məqsədə çatmağın mümkünlük dərəcəsi, məqsədin həyata keçmə reallığı, məqsədin qəbul olunması reallığı).
o      Ziyarət etdiyim və görüşdüyüm səlahiyyətli şəxslə  müsbət şəkildə ünsiyyət qurdum və inkişaf etdirdim.
o      Təqdimatımla görüşdüyüm insanların diqqətini cəlb etdim və təklif etdiyim malları almağına onlarda istək və arzu yaratdım.
o      Görüşdüyüm şəxslərə hər hansı bir məhsulu təqdim edərkən məhsulun xüsusiyyətləri, üstünlükləri və faydaları arasındakı fərqləri bilərək təqdim etdim.
o      Təklifimin onlar üçün hansı fayda və qazanc gətirəcəyini açıq və sadə dildə izah etdim.
o      Təklifin işləmə mexanizmin, qaydasını izah etdim.
o      Görüşdüyüm insanlarda ortaya çıxan satın alma siqnallarını düzgün təyin etdim və bu siqnallara cavab verdim.
o      Görüşmə zamanı ortaya çıxan etiraz və bəhanələri fürsətə çevirməyi bacardım.
o      Görüşdüyüm səlahiyyətli şəxslərin istək və ehtiyaclarını aşikar etmək üçün lazımi suallar verdim.
o      Satış ziyarətimi uğurlu şəkildə bitirdim.
o      Hazırlıq zamanı planlaşdırdığım hər şeyi etdim.
o      Bu ziyarət zamanı işdə daha sonra istifadə edə biləcəyim və təkmilləşdirəcəyim bəzi yenilikləri öyrəndim.
 Yuxarıda işarələmədiyiniz mövzular demək olar ki, sizin satış sahəsində inkişaf etdirməyiniz lazım olan nöqtələrdir.

QEYD: “Uğurlu Satış Metodları” adlı kitabımdan götürülmüşdür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma