Mağazalarda xidmət…


Boş vaxt tapınca  göstərilən müştəri xidmətinə əyani şahid olmaq üçün müxtəlif market və mağazalara baş çəkir, bəzən kənardan izləyir, bəzən isə müştəri sifətiylə dialoqlara başlayıram. Düzdür, keçın illərə baxanda bəzi mağazalarda xidmətin işartısını görmək mümkündür. Ancaq təəssüf ki mağazaların, həm də böyük mağazaların çoxu bu istiqamətdə hələ də müsbət irəliləyiş əldə etməyib. İki gün öncə şəhərin mərkəzində yerləşən Music Gallery mağazasına baş çəkdim. Evinə xətsiz telefon almaq istəyən bir müştəri ilə satış məsləhətçisinin dialoquna şahid oldum. Az qaldım ki müdaxilə edim, təbii ki yeri deyildi və özümü saxlaya bildim.

Mağazalardakı satış satılan məhsulların növünə, xarakteristikasına görə dəyişir. Satış məsləhətçisinin köməyinin ən çox lazım və vacib olduğu sahələrdən biri texnolojik məhsulların satışı sahəsidir ki, Music Gallery bu sahədə fəaliyyət göstərir. Texnolojik məhsulların satışında MƏHSUL BİLGİSİ, MƏHSUL HAQQINDA GENİŞ VƏ MÜŞTƏRİYƏ LAZIMLI İNFORMASİYALARI VERMƏK, satış prosesinin ən əhəmiyyətli hissəsidir. Və bu informasiyaları müştərinin anlayacağı dildə vermək lazımdır. Şahidi olduğum hadisədə satış məsləhətçisi nə müştərinin nəcür telefona ehtiyacı olduğunu öyrənməyə çalışırdı, nə də göstərdiyi məhsul haqqında informasiya verə bilirdi? Üstəlik aşağı yuxarı baş hərəkətləriylə qısa cavablarla yetinirdi. Müştəri sual verir, soruşur, əksər sualların cavabı çox qısa, məlumatsız və “bilmirəm” idi.  Müştəri isə qərarsızlıqdan çaş-baş qalmışdı. Mümkündür ki, xanım məsləhətçi yeni işçidir, məhsul haqqında informasiyası azdır, amma müştəri bunu fikirləşmir, xidmət gözləyir… Belə halda mağazalarda yeni işçiləri təcrübəli işçilərdən öyrənməsi və təcrübəlilərin yeni işçini izləməsi və çətin məqamlarda kömək göstərməsi sistemi qurulmalıdır. Yəni MAĞAZALARDA KOMANDA İŞİ böyük əhəməyyət kəsb edir. 
Mağazaların xüsusilə böyük sayıla biləcək mağazaların  SATIŞ və MÜŞTƏRİ XİDMƏTİ təlimlərinə həm teorik, həm də sahə təlimi olaraq ehtiyacları çox yüksəkdir. Ancaq yetər ki, bu ehtiyacı duysunlar və doldurmağa çalışsınlar!  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma