Müxtəlif zaman dövrlərində baş verən dəyişikliklərə görə istehlakçı davranışları və bu davranışlara təsir amillər də dəyişməkdədir. Bu dəyişimi 3 etapa bölmək olar:
Əgər davranışlara hər hansı bir yenilik təsir göstərirsə, o yeniliyin özündə baş verən yenilik və dəyişimlər də dolayı olaraq təsir göstərməlidir. İnternetin meydana çıxmasından sonra son 5-6 il və ya biraz çox əvvəlki zamanda isə internetdə forumlar, sosial şəbəkələr yayılmağa başladı. Bu forumlar, sosial şəbəkə istifadəçiləri istehlakçılar olduqları üçün məhsul alış prosesində informasiya axtarışını məhsulu daha əvvəl alanları, istifadə edənləri axtarmağa başladılar. Və məhz bir malı almadan əvvəl forumlarda dolaşıb o mal barədə yazılanları, istifadəçi rəylərini axtarmaq geniş yayılmağa başladı. Bu təkcə məhsullarda deyil, eyni zamanda sağlıq, təhsil, hüquqi və s xidmətlərdə də özünü göstərdi. Bu etap hələ davam etməklə birlikdə, indiki zamanda artıq dövr İstehlakçı-Ekspert dövrüdür. Məhz indi istehlakçılar çoxluğun rəyindən başqa bu səhədə bilgi və təcrübə sahibi və məsləhət verəcək insanları axtarırlar. Və bu zaman hər bir sahədə sözün həqiqi mənasında ixtisas sahiblərinə tələbat yaranır. Bu tələbatın qarşılanması üçün ixtisaslaşma istiqamətli təhsil və təlim mərkəzlərinin yaranması və yayılması vacibdir. Və sonda demək istədiyim odur ki, “Çox şey bilirəm, amma heç nə bilmirəm”-dən artıq əl çəkilmıli, sahəsinin mütəxəssisi olmağa səy göstərilməlidir. Bunun isə gətirəcəyi müsbət istiqamətlər: bir işə bilgili və sistemli yanaşma, hər sahədə professionallığın artması olacaqdır. Sevindirici haldır ki bizdə də bu barədə artıq müəyyən addımlar atılıb. Belə ki bu saydıqlarım sadəcə forumlarda müzakirə ilə qalmadı, müxtəlif sahələrin ekspertlərinin yer aldığı və alacağı www.eksperttv.az portalı fəaliyyətə başlamışdır ki bunun çox faydalı bir layihə olacağını düşünürəm.
Qeyd: bu yazını bir neçə ay bundan əvvəl yazılsa da aktuallığını nəzərə alıb müəyyən güncəlləmə ilə bir daha paylaşmaq istədim.
Uğurlar diləyi ilə…