Sosial şəbəkələr, brendlər və bununla əlaqədar yeni bir araşdırma…


Xeyli vaxtdır verdiyim fasiləni durduraraq bloqda yeni məqalələrin mövzuları haqqında düşünürdüm. Fikir olaraq bəziləri də hazır idi. Amma bu gün rastladığım bir araşdırma haqqında yazmağın yerinə düşəcəyini düşündüyüm üçün ilköncə buna yer verirəm. Deməli dünyanın aparıcı araşdırma şirkətlərindən biri olan TNS, Digital Life dərgisində sosial şəbəkələrdə istehlakçı davranışları ilə əlaqədar araşdırma nəticələrini yayınlamışdır.
Sosial şəbəkələrin gücü haqqında çox danışılır amma bu araşdırma nəticəsində xüsusilə brendlər üçün çox-çox maraqlı nəticələr ortaya çıxmışdır. Araşdırma nəticələri, Brendlərin sosial şəbəkələrdəki fəaliyyətinin çox önəmli olduğunu müdafiə edən marketoloqlar üçün gözlənilməz nəticələrdir.

Əvvəlcə qeyd edim ki bu araşdırma 60 ölkədə 72000 istifadəçi arasında aparılmış və emprik məlumatlara dayanır. Yəni bu qədər ölkə və bu qədər sayıda istifadəçi arasında aparılan sorğu çox böyük işdir. Heç bir araşdırmaya dayanmadan sadəcə sosial şəbəkələrin  brendlər üçün faydasından dəm vuran marketoloqlar üçün bu nəticələr bir az kefqaçırıcı nəticələrdir. Amma burada inkişaf etməkdə olan ölkə ilə inkişaf etmiş ölkə istehlakçılarının davranışı arasında fərqlərin olduğunu da əvvəlcədən qeyd etmək lazımdır. Daha çox,  inkişaf etmiş ölkələrdəki nəticələr gözlənilməz olub. Belə ki nəticələrə görə inkişaf etmiş ölkələrdə rəyi soruşulanların çoxu sosial şəbəkələrdə brendlərlə ünsiyyətə mənfi yanaşır. Böyük Britaniya üçün bu 61 %-i də keçir. Ümumiyyətlə isə sorğu iştirakçılarının 2/3 (üçdə ikisi) sosial şəbəkələrdə brendlərlə dialoq qurmaqda maraqlı deyillər. Araşdırmanın bir nəticəsi isə sadəcə 1/4-in hansısa bir mal almaq üçün sosial şəbəkələrə müraciət etdiklərini bildiriblər. Sosial şəbəkələrdəki şirkət səhifələrini ticari bir meydan olaraq düşünən marketoloqlar üçün bu nəticə də ürəkaçan deyil.
İnkişaf etməkdə olan ölkələrdə şirkət və brendlərin müştəri kütləsini artırmaq üçün hələ sosial şəbəkələrə axın etməsi prosesi bu tip ölkə istehlakçılarının sosial şəbəkələrdə brendlərlə əlaqə imkanı əldə etməsini, bu tip ünsiyyətə hələki müsbət yanaşmalarına görədir. İnkişaf etmiş ölkələrdə isə artıq bu dövr geridə qalmışdır.
Ümumiyyətlə isə sosial şəbəkələr insanlararası ünsiyyət meydanıdır, brendlərarası və brend-istehlakçı(alıcı) arasındakı ünsiyyət meydanı deyil. Bir brendin sosial şəbəkələrdə milyonlarla “like” edəni olsa da bəzən də bir brendin vəya məhsulun yuz minlərlə milyonlarla alıcısı olduğu halda o məhsulu vəya o brendi “like” edən sadəcə minlərdə ya da 10 minlərdə qalmaqdadır. Şirkət və ya brend bir məhsula sosial şəbəkədə əlavə müştəri qazanma niyyəti ilə çıxış etsə də real müştəri kütləsinə görə “like”-ların az olması o brendin real prestijnə vurulan zərbə də ola bilər.
Sosial şəbəkə və brendlərin bundan istifadəsi xalq dili ilə desək “qaş düzəldən yerdə vurub göz çıxarmaq” kimi olmamalıdır… 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma