Og Mandino fəlsəfəsi…

Og Mandino ilə ilk tanışlığım “Dünyanın ən böyük satıcısı” kitabını oxumaqla oldu… Elə bu kitabındaca onun həyat fəlsəfəsi ilə tanış olmaq mümkündür. Və bu kitabdan öyrəndiyim əsasən “istə, hərəkət et və başarana qədər təslim olma!” olmuşdur. Daha sonra Mandinonun həyat fəlsəfəsiylə daha yaxından tanış olmaq üçün onun “The Ten Scrolls“-unu oxumuşdum. Bunu oxumağı və həyatınızda tədbiq etməyə çalışmanızı tövsiyyə edərdim. Nədir bu on qayda?

Scroll I – Today I begin a new life.

Scroll II – I will greet this day with love in my heart.

Scroll III – I will persist until I succeed.

Scroll IV – I am nature’s greatest miracle.

Scroll V – I will live this day as if it is my last.

Scroll VI – Today I will be master of my emotions.

Scroll VII – I will laugh at the world (Keep perspective)

Scroll VIII – Today I will multiply my value a hundredfold.

Scroll IX – I will act now, I will act now, I will act now.

Scroll X – I will pray for guidance.

Bu qaydaları həyatda tədbiq edə bilənlərə eşq olsun!:)

İş romanları…Darboğaz idarəetməsi və Goldratt

Son illərdə mənim üçün maraqlı olan kitablar iş romanları kitablarıdır. Belə romanlar ilk dəfə keçən il əbədiyyətə qovuşan Eliyahu Goldratt tərəfindən yazılmışdır və idarəetmə məktəblərində böyük rəğbət qazanmışdır.

Goldrattın bu silsilədə Jeff Cox-la birlikdə yazdığı kitablardan biri “The Goal” adlanır. Bu iş romanında Goldratt özünün banisi olduğu TOC- Theory of Constraints-in “Darboğaz idarəetməsi”nin (Kısıtlar teorisi) istehsal sahəsində nəcə istifadə olunacağını çox sadə və günlük iş söhbətləri şəklində ortaya qoymuşdur. Bu əsər bestseller olmuş və idarəetmə məktəblərinin çoxunda istifadə edilməyə başlanmışdır. Bu kitabı xüsusilə istehsal sahələri idarəetməçilərinə çox tövsiyyə edərdim.
Bu əsərdən sonra Goldratt-ın 2007-ci ildə Satış qabiliyyəti və Satış əməliyyatlarının TOC vasitəsilə idarəedilməsi mövzusunda yazdığı ” The Cash Machine” adlı kitabını bu sahədə çalışanlara tövsiyyə edə bilərəm.
Goldratt TOC-Darboğaz idarəetmə metodunu biznesin bütün sahələrində (istehsal, finans, logistika, satış və s.) istifadə etmək mümkündür. Goldrattın bu idarəetmə metodu ilə əlaqədar tövsiyyə və kitab və məqalələrində yer almaqdadır. Eyni zamanda açmış olduğu məktəblərlə  və bu sahədə nümunə ola biləcək TV-məsləhətxana ilə bu idarəetmə metodu iş dünyasına təqdim olunmaqdadır. Goldrattın digər kitabları da tövsiyyə ediləcək keyfiyyətdədir.
Darboğaz idarəetməsinin əsas fəlsəfəsi işə, hadisələrə və ya sistemə holistik-bir bütün olaraq baxmaqla davamlı gəlirliliyi qorumaqdan ibarətdir. Ortaya çıxan kritik halları bir dəfəlik aradan qaldırmaqla daimi mükəmməlləşməyi ön görməkdədir. Bu isə biznesin bütün sahələrində istifadə olunacaq xüsusa malikdir. İş həyatında baş verən kritik problemləri və həll yollarını sadə roman halında geniş kütləyə təqdim etmək isə böyük uğurdur…

İş dünyası-Universitet əməkdaşlığı və faydaları

Bundan əvvəlki iş dünyasında professionallıqla əlaqədar yazımda idarəetmə mədəniyyətinin formalaşması üçün idarəetmə məktəbinin olması bunun üçün isə iş dünyası(sənaye) universitet əməkdaşlığının yaradılması və gücləndirilməsinin vacib olduğu haqqında yazmışdım.

İş dünyası və akademi dünyası (universitetlər) arasında əməkdaşlıq nə üçün lazımdır və bu istiqamətdə nələr etməliyik?  Hər iki sahənin inkişafı iş dünyasının elmi və akademi dünyasının isə praktiki imkanları necə istifadə etdiyindən, necə dəyərləndirdiyindən birbaşa asılıdır. Akademik bilgiləri istehsal edilə biləcək mal və xidmətə çevirmək, praktik təcrübələrin isə yeni elmi yeniliklər üçün istifadə etmək iş dünyası-akademik dünyası əməkdaşlığının ən əsas vəzifəsi olmalıdır.
 Təəssüf ki başqa ölkələrdə bu ən önəmli və daim təkmilləşdirilən sahə olmasına baxmayaraq bizdə bu əməkdaşlıq demək olar ki heç qurulmayıb və ya ümumiyyətlə hər iki düşərgənin bundan ya xəbərsiz olduğu ya da xəbəri varsa da bu işə yanaşmadığını görmək mümkündür. Burada son illərdə Qafqaz universiteti ilə şirkətlər arasındakı müxtəlif əməkdaşlıq proektlərini qeyd etmək istərdim və bu ümidvericidir. Bu əməkdaşlığı digər şirkət və universitetlər nümunə alaraq gələcəkdə bu istiqamətdə ciddi addımlar atmalıdırlar.

Dünyada inkişaf göstərgələri arasında artıq makroekonomik rəqəmlərlə yanaşı ölkələrin(ölkə vətəndaşlarının, universitet və şirkətlərin) almış olduqları patent sayı, ildən ilə bunun artış və ya azalma göstərməsi, alınmış patentlərin istehsalda istifadə dərəcəsi, akademik sahədə isə beynəlxalq yayınlarda yayınlanmış elmi məqalə sayı və s. nəzərə alınmaqdadır.
Bu istiqamətdə irəliləmək üçün iş dünyası-universitet əməkdaşlığını inkişaf etdirmək vacibdir. Bu göstərgələrin yüksək olduğu və ümumiyyətlə belə əməkdaşlığın olduğu ölkələrdə universitetlər iş dünyasının  həm kadr ehtiyacını, həm də istehsal proseslərində yeniliklər ehtiyacını qarşılamaqdadır. İş dünyası isə universitetlərin praktika (idarəetmə və istehsal təcrübəsi) ehtiyacını qarşılamaqdadır. Hər iki sahənin ehtiyac və istəkləri üst-üstə gəldiyi vaxt bu iş çox asanlıqla və məhsuldar olaraq həyata keçirilə bilər.

Bu istiqamətdə görüləcək işlər akademik heyətə nə verəcəkdir?

– Universitet akademik heyəti daha çox praktik təcrübə qazanaraq teorik bilgilərini praktik nümunələrlə gücləndirəcəklər. Bundan da təbii ki tələbələr faydalanacaqlar.
– Universitet müəllimləri öz sahələrində daha çox aktivləşib yuxarıda bəhs elədiyim istiqamətdə elmi məqalələrinin sayını artıracaqlar bu onlar üçün bir növ stimul olacaqdır.
– Universitet müəllimləri iş dünyasındakı yenilikləri öz dərs vəsaitlərində istifadə edərək köhnəlmiş materialları yeniləyəcəklər.
– Universitet akademik heyəti ən önəmlisi özlərini tanıdacaq, öz üzərlərində daha çox işləyəcək, daim təkmilləşmə istiqamətində olacaqlar və bu da hal hazırda itirilmiş etibarlarını yenidən qazanmalarına kömək göstərəcəkdir.
– Universitet müəllimləri şirkətlərdə məsləhətçi işi əldə edərək təhsillə bərabər bu işi də apara iləcəklər. Bu Türkiyədə çox aktualdır və istər tanıdığım müəllimlər olsun, istərsə də şirkətlər nəzdində bunun şahidi olmuşam. Və əlbəttə bu hər iki tərəfə çox faydalıdır.
Şirkətlər bu əməkdaşlıqdan nə əldə edəcəklər?
– Şirkətlər akademik mühitdə daha çox tanınacaq və bu məzun tələbələrin iş seçimi zamanı bu şirkətləri tərcih etmələrində köməklik göstərəcək. Şirkətin insan resurslarının əsas işlərindən biri məhz bu olmalıdır ki, məzun olacaqlar arasında keçiriləcək sorğularda “hansı şirkətdə işləmək istəyirsiniz?” suala cavabda təmsil etdikləri şirkətlər ön sıralarda olsun. Ancaq bu cür sorğunun bizim şirkətlər tərəfindən aparıldığını görməmişəm. Belə bir sorğu aparılırsa sevindirici bir hal olar.
– Əməkdaşlıq şirkətlərin insan resursları planlamasına bir növ işıq tutacaqdır. Şirkət nəticədə bir neçə il sonra mövcud tələbələrdən seçəcəkdir öz kadrlarını. Və indiki tələbələrin gələcəkdə onun işgücü qaynağına çevrilib çevrilməyəcəyini öyrənib analiz edə biləcəkdir. Əlbəttə ki analizlə qalmayıb öz gələcək işgücünü təmin etmək məqsədilə bir növ aid olduğu sahələrdə universitetləri yönləndirmək qabiliyyətində olmalıdırlar.
– Bu istiqamətdə şirkətlər öz sahələrinə uyğun tələbələrə stimullaşdırıcı və dəstəkverici amillərdən istifadə etməlidirlər. Bunlar təqaüd, yay aylarında şirkətdə praktika imkanı, şirkətlə (idarəetmə və istehsalla) tanışlıq günləri, təhsilyönümlü layihələrdə sponsorluq, tədbiqə uyğun ideya və fikirlərin şirkətlərdə tədbiq etmələrinə razılıq kimi amillərdir.
Bu mövzu ilə əlaqədar yazılarım gələcəkdə də davam edəcəkdir. Ümumiyyətlə sonda əlavə edəcəyim budur ki, iş dünyası ilə universitetlər bir-birlərinin müştərilərinə çevrilməli və sıx əməkdaşlıqla müştəri məmnuniyyəti yaratmalı və yüksəltməlidirlər.

Professionallıq nədir və bizim şirkətlərdə hansı səviyyədədir…

Yəqin ki mənimlə razılaşarsınız ki, ölkəmizin biznes və digər idarəetmə sahələrində mövcud problemlərin kökündə əsasən idarəetmənin qeyri professional (qeyri peşəkar) olması durur. Bunun obyektiv və subyektiv səbəblərinin var olduğunu da qəbul edirik. Bu yazımda professinallıq haqqında fikirlərimi qısaca sizə çatdıraraq müxtəlif sahələrdə idarəetmə kadrlarının öz professionallıqlarını artırmaq üçün hansı addımlar atmalarının önəmli olduğunu qeyd edəcəyəm.

İlk növbədə professionallıq nədir bunu izah edək…
 Professionallıq “profession” kəliməsindən yaranmaqda və mənası dilimizdə  profession -peşə, professionallıq isə peşəkarlıq deməkdir. Professionallıqdan söz edəndə hər şeydən əvvəl bunun hər hası bir işlə vəya bir əməklə bağlı olduğu unudulmamalıdır. Yəni professionallıq bir fəaliyyət prosesi ya da  nəticəsində ortaya çıxmalıdır. Hər hansı bir fəaliyyət göstərilməmişsə birinin bu işdə professional olduğunu demək doğru deyildir. Fəaliyyət nədən ibarətdir? Var olan bilginin bacarıqla istifadə edilməsi və üstün nəticə əldə edilməsidir.

Ölkəmizdə biznes idarəetmə tarixi olduqca yeni olduğu üçün obyektiv səbəb olaraq biznes mühitində idarəetmədə professionallıq dərəcəsi də aşağı səviyyədədir. Bu obyektiv səbəblər içində ən əsası mövcud iqtisadi rejim tarixinin çox yeni olması və buna görə sərbəst bazar iqtisadiyyatının tələb etdiyi idarəetmə məktəbinin demək olar ki yarana bilməməsidir. Bunu gecikdirən birbaşa olmasa da dolayı  səbəblərdən biri iqtisadi azadlıq indeksini (kağız üzərində deyil, realda) formalaşdıran şərtlərin təmin olunmamasıdır. İqtisadiyyat üzrə Nobel mükafatlı Hindistanlı ekonomist Amartya Sen “Development as Freedom” kitabında siyasi azadlığın yolunun iqtisadi azadlıqdan keçdiyini müdafiə edərək, insanlar əvvəlcə iqtisadi azadlığını təmin etməli və bunun siyasi azadlığa aparacaq yol olduğunu söyləyir.

Professional idarəetmə məktəblərinin formalaşmamasının bununla əlaqəsi nədir? Əlaqə bundadır ki, idarəetmə məktəblərində veriləcək bilgilərin real biznes mühitində istehsal edilmə və istifadə imkanı olmalıdır (təəssüf ki hazırda mövcud idarəetmə dərslərində əsasən praktik reallıqdan uzaq mövzular işlənir). İdarəetmə məktəblərində bir şey eşidib, idarəetmə təcrübəsində başqa şeylərə şahid olanlarda professionallıq arxa planda qalacaqdır.

Ancaq bu obyektiv səbəblə bərabər çoxlu sayda subyektiv səbəblər də mövcuddur ki, bu da professional idarəetmənin ölkədə formalaşmasını gecikdirir. Bunlardan biri sənaye-universitet işbirliyi-əməkdaşlığıdır. Növbəti məqalədə bununla əlaqədar fikirlərimi paylaşaraq davam edəcəyəm…

Professionallıq haqqında iş dünyasında istənilən qədər yazılmış kitab və yazılar vardır. Bəli bu kitab və yazılardan faydalanmaq mümkündür. Ancaq ölkədə idarəetmə mədəniyyətinin və idarəetmə məktəbinin formalaşmaması xüsusilə idarəetmədə professionallığın və professioanal idarəetməçilərin yaranmasında çətinlik yaradacağı fikrindəyəm.

Ölkəmizdə niyə idarəetmə mədəniyyəti formalaşmır və idarəetmə məktəbi yaradılmır? Bunun səbəblərindən biri adları ilk sırada çəkilən şirkətlərimizdə məhz “yabancı” bir sistemlə bəzən heç adaptasiyasız idarəetmə sisteminin tədbiq olunmasıdır. Bu idarəetmə mədəniyyətimizin və idarəetmə məktəbimizin yaranmasına mane olur. Çünki idarəetməçi insanlarımız bir növ sistemin əsirinə çevrilirlər və öz ideya və fikirlərinin formalaşdıra bilmirlər. Yəni idarəetməçilərimiz sistem qurmur, mövcud sistemdə fiquran rol oynayırlar.

Hər hansı bir sistemin qurulması isə bir növ özünü reallaşdırmaq deməkdir ki bu da professionallıqda ən vacib şərtərdən biridir. Yəni İdeya(fikir və bilgi)-İş-Nəticə professionallığın şərtidir. Və bunu bir geridönüşümlü trayektoriya kimi qəbul etsək, nəticələrdən ideyalar doğmaqdadır və bu da idarəetmə məktəbinin yaranmasına təkan verər.

İkinci bir səbəb isə kənardan  yerli kiçik və orta şirkətlərimizdəki idarəetmə professinoallığının yaranması və inkişaf etdirilməsi üçün həm nümunə alacaq vəya benchmarking aparacaqları şirkətlərin olmaması , həm də bu sahədə akademik sistemin düzgün istiqamətdə olmamasıdır.  Bu da yenə növbəti məqalədə bəhs edəcəyim sənaye-universitet əməkdaşlığı mövzusuna aiddir. Yeni məqalədə görüşmək diləyi ilə…

Hello world!

Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.

Here are some suggestions for your first post.

  1. You can find new ideas for what to blog about by reading the Daily Post.
  2. Add PressThis to your browser. It creates a new blog post for you about any interesting  page you read on the web.
  3. Make some changes to this page, and then hit preview on the right. You can always preview any post or edit it before you share it to the world.

Satışın və xidmətin tək ölkəsi…

İstanbulda keçirilən İMOB – Mebel sərgisində bir daha  satışın və müştəri xidmətinin ən yüksək səviyyədə olduğu tək ölkənin Türkiyə olmasının şahidi oldum. Sərgi keçirilən salonlara daxil olmadan elə  resepşndakı,  məlumat bürosundakı gülərüz qarşılma, heç bir problemsiz və çox qısa zamanda qeydiyyatların aparılması, giriş qapılarındakı təhlükəsizlik xidməti əməkdaşlarının gülərüz simaları, “hoş geldiniz, buyurun efendim” kəlimələrini söyləmələri sərgiyə gələnlərdə ilk andaca xoş təəssüratlar yaradır.

Daha sonra sərgi salonunda koridorlarda gəzərkən sərgidə iştirak edən şirkət əməkdaşlarının ziyarətçilərə sanki sərgilədikləri bütün mebelləri satacaqlarmış kimi yaxınlaşmaları (yəni potensial müştəri gözüylə baxmaları) və standlarına dəvət etmələri, hər zamankı kimi standlardakı yüksək müştəri xidmətinin şahidi olur və istər istəməz digər ölkələrdə keçirilən sərgiləri xatırlayaraq bütün bu münasibəti müqayisə edirsən və fərqləri açıq aşkar hiss edirsən. Standlarda sözün əsil mənasında arı işgüzarlığının şahidi olursan. Türkiyə mebel sənayesində və bazarında böyük paya  sahib olan və həm də digər sektorlarda fəaliyyət göstərən böyük bir holdinqin sahibinin necə alçaqkönüllü, sadə olmasına da şahid olmaqla bu ölkənin biznesin və iqtisadiyyatın inkişafında qazandığı uğurların arxasında nəyin dayandığını açıqca görmək mümkündür. Bəli, bunun arxasında işə münasibətin, işi bilgi və sevgiylə görmənin  və bir sözlə  şirkət-əməkdaş-müştəri münasibətlərinin düzgün qurulmasının durduğunu görürsən. Çünki əməkdaşların öz şirkətlərinə və məhsullarına münasibətləri eyni zamanda şirkələrin öz əməkdaşlarına münasibəti birbaşa müştərilərə müsbət şəkildə əks olunur. Bəli bu Türk şirkətlərinin uğurlarının açarıdır desək səhv etmərik. Təbii ki bunlarla yanaşı bu məqalədəki nüanslar da bura əlavə oluna bilər. Bir sözlə satışın və xidmətin tək ölkəsi bu ölkədir. Hər nə qədər bəzən bu ölkəyə məxsus pərakəndəcilərin mallarını satmağa çalışmaqda və xidmətdə həddi aşmalarını eşitsəm də mən bununla razı deyiləm. Ona görə ki zənnimcə satış vəya satıcı və xidmət elə belə də olmalıdır!

İnandırma qabiliyyətinin 4 P-si

İş həyatında və ya ümumiyyətlə şəxsi inkişaf sahəsində ən çox danışılan və tələb olunan fərdi qabiliyyətlərdən biri inandırma qabiliyyətidir. Bu mövzuda müxtəlif idarəetməçi və psixoloqlar tərəfindən xeyli kitablar yazılmış və yazılmaqdadır. Bu barədə bilindiyi kimi ən çox oxunan və tanınan “Dost qazanma və insanlara təsir etmə sənəti” kitabının müəllifi Amerikan yazar Dale Carnegie -dir. Ancaq  son on ildə idarəetmə, şəxsi inkişaf  və xüsusilə fərdi satış sahəsində müxtəlif kitablarla məşhur biznes məsləhətçi və təlimçi Brian Tracy-nin fikirləri diqqətəlayiqdir. Biznes məsləhətçi bu mövzuda son günlərdə yayınladığı məqaləsində İnandırma qabiliyyətində 4 P-nin əhəmiyyətli olduğunu vurğulamaqdadır. Bəs nədir bu 4 P?

Brian Tracy-yə görə aşağıdakılardır:
1.P- Power-Güc
2.P-Positioning-Mövqeləndirmə
3.P-Performance-Performans
4.P-Politeness-Nəzakətlilik
1.Power-Şəxsi (fərdi) gücünü inkişaf etdir və artır! Qarşındakı insan sənin şəxsi gücünü (bilgi və bacarığını) dərk edib qəbul edərsə, ona öz istədiyini asanlıqla qəbul etdirə biləcəksən. Misal olaraq daha üst pillə idarəetməçi (burda güc hiyerarşik güc) olsan insanlar sənə adi bir işçidən fərqli olaraq daha çox kömək etməyə və ya xidmət göstərməyə çalışırlar. Və ya hər hansı bir mövzuda ixtisaslaşmaqla o mövzuda başqalarına nisbətən daha çox güc əldə etmiş olursan və bununla insanlar bilgi və bacarığa sahib mütəxəssis kimi sizi daha asanlıqla qəbul edər və siz onları asanlıqla inandıra bilərsiniz.
2.Positioning- İnsanların (ətraf çevrənin) sənin haqqında düşünmələrini formalaşdır. Özünü mövqeləndirmə o deməkdir ki haqqında elə bir müsbət fikir formalaşdırmalısan ki sən olmadığın mühitdə və ya yerlərdə sənin haqqında danışsınlar! İnsanların qəlblərində və beyinlərindəki mövqelənmən onların səndən hansı dərəcədə təsirlənəcəklərini də təyin edər. İnsanların səni qəbul etmə dərəcəsini yüksəltmək üçün onların sənin haqqında düşüncələrini müsbət istiqamətdə formalaşdırmaq gərəkdirki məqsədnə çatmaqda sənə kömək etmiş olsunlar.
3.Performance-Gördüyün hər işi yüksək səviyyədə həyata keçirməlisən, qısaca işinin ustası olmalısan! Bu fəaliyyət göstərdiyin sahədə sənin kompetentliyiniı və expert olub olmadığını göstərir. Belə bir insan işi ortalama (vasat) bir səviyyədə görən bir işçidən fərqlənəcək və buna görə də ona daha asanlıqla  inanacaqlar. Həm də performans daim yüksəlmə trendində olmalıdır ki, insanların beynində müsbət rəy yaratma dərəcən yüksəldikcə sənin inandırma gücün artsın.-
4.Politeness-Və ən nahəyət 4-cü inandırma gücü faktoru nəzakətlilikdir. İnsanlar bir işi iki şeyə görə edirlər. Ya onlar məcburdurlar bunu etməyə ya da özləri istəyirlər. Yəni ya onları nə isə, kim isə bir işi görməyə məcbur edir, ya da özləri bu işi istəyərək qəbul edərək görürlər. Əgər sən insanlara nəzakətlə, hörmətlə yanaşsan onları sənə kömək etməyə istəkli qılmağı bacaracaqsan. Bu yolla sən istədiyin işi asanlıqla gördürüb istədiyinə nail ola bilərsən.  Əksinə isə sən böyük bir güc sərf etməlisən ki məcburi olaraq bu işi onlara gördürəsən. Çünki insanlarda rəğbət görmək, özlərini önəmli və faydalı görmək istəyi daimdir. Bunu onlara hiss etdirməklə və real olaraq əks etdirməklə onlar tərəfindən qəbuledilmə və onları inandırma gücünü artırmış olursan.
Ümumi olaraq inandırma qabiliyyətinin arxasında davamlı müsbət istiqamətdə öz gücünü artırmaq və insanlararası əlaqədə səmimiliyi və nəzakətliliyi saxlamaq dayanır. Bu iki əsas istiqamətdə sizə uğurlar!