Yapon idarəetmə mədəniyyəti və idarəetmə prinsipləri…


Bildiyiniz kimi idarəetmə mədəniyyətində iki əsas anlayış Şərq (?) və Qərb idarəetmə mədəniyyəti mövcuddur. Şirkətlərin korporativ idarəetmə sistemləri ümumi idarəetmə mədəniyyətindən təsirlənməkdədir. Korporativ idarəetmədə daha çox iki qərb sistemindən ingilis-amerikan və alman sistemindən bəhs edilir ki, burda da ən çox idarəetmə formalarındakı fərqliliklər ön plana çıxarılır. Bunun da səbəbi əslində bu iki qərb sisteminin idarəetmə mədəniyyəti baxımından bənzər xüsusiyyətlərə malik olmasıdır. Bu xüsusiyyətlər isə ümumi olaraq, fərdilik (qəraralma və məsuliyyət baxımından), iş bölümü və ixtisaslaşma, buna dayanan kariyera inkişafıdır.

İdarəetmə mədəniyyətlərindəki fərqliliklərdən söz gedəndə isə ilk növbədə Amerikan(Qərb) idarəetmə sistemi və Yapon(Şərq???) idarəetmə sistemi xatırlanır. Burada bir haşiyəyə çixaraq Yapon idarəetmə mədəniyyətinin bütün Şərqi təmsil edib etməməsini sorğulamaq mümkündür. Bunu həm digər Şərq ölkələrinin bu idarəetmə mədəniyyətini mənimsəmək baxımından, həm də Yaponiyanən bütün Şərqi təmsil etmə düşüncəsinin düzgün olub olmaması baxımından sorğulamaq mümkündür…
Yapon idarəetmə sistemindən bəhs etmədən bu ölkə vəya sistemin qazandırdığı idarəetmə uğurlarının nələr olduğunu sadalamaq istərdim. Bu sadaladıqlarım bütün dünyaya mal olmuş və bütün dünyada istifadə edilən düşüncə və sistemlərdir.
1. TQM-Toplam Keyfiyyət idarəetməsi (bunun altında Deming döngüsü)
2. JIT- Just in time- Tam zamanında istehsal (dilimizdə adlandırılması başqa ola bilər)
3. Toyotizm-Toyotanın Fordizmə və Taylorizmə əks istehsal sistemi (Lean production system ya da small party)
4. Sıfır xəta prinsipi (İstehsalda və keyfiyyətdə davamlı mükəmməlləşdirməylə xətaların minimuma endirilməsi)
5. Kaizen (davamlı inkişaf düşüncəsi)
Dünyaya qazandırılan yuxarıda sadaladıqlarımdan başqa digər idarəetmə mədəniyyət prinsipləri isə hələ sadəcə bu ölkədə qalmaqdadır. Bunlar yaponların sosial-mədəni özəlliklərdən ortaya çıxan, şirkətlərin idarəetmə fəlsəfələrində və əsasən də əmək faktoru (insan resusrsları) üzərində cəmləşən prinsiplərdir.
Bunlar əsas olaraq aşağıdakılardır:
1. Uzun sürəli istihdam (İşlə təmin edilmə sürəsinin uzun olması)
2. Kollektiv qərar alma (Teamwork-ə verilən önəm).
3. Kollektiv məsuliyyət
4. İxtisaslaşmaya dayanmayan kariyera
5. İnsanların bir bütün olaraq (iş, ailə və s.) dəyərləndirilməsi
6. Performans dəyərləndirmə və karyera yüksəltmənin çox seyrək aparılması
Yazı uzun olmasın deyə gələcək məqalələrdə vaxtaşırı yapon idarəetmə mədəniyyətinə xas bu idarəetmə prinsipləri və kökləri haqqında bəhs etmək fikrindəyəm…
Qeyd: Bu yazını yazmaqda yapon cəmiyyətinin (dövlət və şirkət və xalqın birlikdə) tez bir zamanda qasırğanın vurduğu ziyanı aradan qaldırmaqda milli-mədəni xüsusiyyətlərinin və həmrəyliklərinin əsas təsiredici faktor olduğu qənaətində olmağımdır.

Yapon idarəetmə mədəniyyəti və idarəetmə prinsipləri…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma