İdarəetmə professionallığı…


Professionallıq və bizim şirkətlərdəki səviyyəsi ilə əlaqədar bu məqalədə  əvvəlcə bəzi nüanslara toxunmuşdum. İndi isə idarəetmə professionallığı və bunun sadəcə və sadəcə uzun müddətli iş təcrübəsi və ya üst idarəetmədə uzun müddət işləməklə və yaxud qısa müddətli 1-2 günlük treyninqlərlə əldə etmək mümkün deyil düşüncəsində olduğumu bildirmək istəyirəm. İdarəetmə məktəblərinin, idarəetmə ixtisas və fakültələrinin (əlbəttə səviyyəli) idarəetmə professionallığının yaranmasında nüvə rolu oynadığına mən yaşadığım və izlədiyim hadisə təcrübələrdən əminəm!

Bu gün ölkəmizdə nəinki kiçik şirkətlərdə, bazarda müəyyən səviyyəyə qalxmış böyük sayıla biləcək şirkətlərdə belə idarəetmə professionallığı həddindən ziyadə əksik səviyyədədir.
Bunu necə görmək olar?
– Üst idarəetmənin yaş olaraq əgər 45-50 yaşlardan yuxarıdırsa bazar iqtisadiyaytı elementlərinə tam hakim ola bilməməsi, xüsusi şirkət sahibləri və idarəediciləri olsa da düşüncə tərzinin bu istiqamətdə tam formalaşmaması və ya bu istiqamətdə dəyişdirə bilməmələri və buna açıq olmamaları;
– Düşüncə tərzi bu istiqamətdə olsa belə, idarəetmə təhsillərinin olmaması, bu əksiklərini konsultativ və qısa müddətli treyninqlər yolu ilə həll etməyə çalışmalarıdır. Halbuki yaşları çox olsa belə mənim tövsiyyəm orta və uzun müddətli idarəetmə təhsilinə yönəlsələr və əksiklərini tamamlasalar daha düzgün olar. Belə rəhbərlərə heç olmasa Executive MBA məsləhət görərdim. Niyə?  idarəetmə istiqaməti üzrə müxtəlif disiplinlərarası əlaqəli öyrənməyə imkan yaradacaqdır…
 Burada məsələ ortaya çıxa bilər ki bəs digər, məsələn orta idarəetmə bu təhsil və səviyyəyə maliksə bu kadrlar vasitəsilə işləri apara bilər. Mən bununla razılaşa bilməyəcəyəm. Çünki insanlarda ego faktoru var və xüsusilə biznes sahiblərində bu daha yüksək səviyyədə olmaqdadır!?. Və bu ego və alt kadro yanında bilgisizliklərini ört-basdır etmək istəyi, idarəetmə qərarlarının bütünüylə təhsilli orta idarəetməyə və ya digərlərinə buraxmağa mane olur. Üst idarəetmədə idarəetmə professionallığının və bilgilərinin olmaması təhsilli orta idarəetməyə güvənməyə mane olacaqdır. Güvənmək, etibar etmək üçün ilk növbədə bu bilgilərə müəyyən qədər özləri də sahib olmalıdırlar!
Qısaca olaraq da biznes istiqamətində təhsil görən indiki və gələcək tələbələrə məsləhətim odur ki, aşağıdakı dərsləri alırlarsa bu dərslərə etinasız yanaşmasınlar! Bunlar: Biznes etika, Davranış bilimləri, Örgütsel davranış (Korporativ davranış), Örgüt kültürü (Korporativ medeniyyət), Liderlik və İdarəetmə dərsləri, Kararvermə texnikləri, Stratejik idarəetmə, Personel idarəetməsi dərsləri və bunların iç mövzularıdır. İnandırıram və tam səmimiyyətlə deyirəm ki bakalavr pilləsində keçirilən bu dərsləri və bununla əlaqədar digər kitabları mənimsəməklə gələcək iş həyatında çoxlarını qabaqlamış olarlar. Bugünkü üst idarəetmələr məhz bu mövzularda böyük çətinliklər yaşayır və gündə bir consultant və ya təlimçi çağırırlar, onların isə öyrətmək istədikləri çox zaman bu teorik bilgilərdir. Və iş ordadır ki bu teorik bilgilərə yüksək miqdarda pullar ödənir. Bu teorik bilgilərə malik alt idarəetmə kadrlarına isə güvənməmək üst idarəetmənin qeyri-professionallığı və özlərinin bu bilgilərə malik olmamasıdır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma