Konsumerizm (Consumerism) nədir? Azərbaycanda konsumerizm niyə aşağı səviyyədədir?


Marketinqin inkişafı ilə birlikdə marketinq fəaliyyətlərindən təbii surətdə narazılıqlar da yaranmağa başlamışdır. Bu narazılıqlar nələrdir?


Fərdi istehlakçı baxımından:
-Yüksək qiymətlər
-Keyfiyyətsiz, yararsız, təhlükəli məhsullar
– Məhsul fetişizmi
– Seçim əndişəsinin mənfi nəticələri
-Marketinqdə istifadə olunan aldatma praktikumu
-Məhsulun planlaşdırılmış aşınması
-Yüksək təzyiqlə satış
-Alt təbəqədən olan insanlara natamam xidmət

Cəmiyyətə təsir baxımından:
-Merkantilizm və məhsul fetişizminin yaranması
-Çox az sayda ictimai mallara yer verilməsi
-Mədəniyyətin çirklənməsi (pozulması)
-Yüksək siyasi təzyiqlərə şərait yaratması
-Ədalətsiz rəqabətlə rəqibləri çökdürmək

 Bu narazılıqlar və narahatlıqlar vətəndaş hərəkatlarının yaranmasına səbəb olmuşdur.

Konsumerizm – Alıcıların satıcılar qarşısında hüquqlarını ve nüfuzlarını qoruyan və inkişaf etdirən vətəndaşların və dövlət təşkilatlarının mütəşəkkil hərəkatıdır. Bu ilk dəfə Amerika cəmiyyətində yaranmışdır.

Bu düşüncəyə görə alıcıların ənənəvi hüquqları nələrdir və ya nələr olmalıdır?
– Satış üçün təklif olunan malları almamaq hüququ
– Etibarlı məhsul əldə etmək hüququ
– Məhsulun istədiyi səviyyədə olmasını arzu etməsi
– Məhsulun əsas xüsusiyyətləri haqqında ətraflı məlumat alma hüququ
– Mübahisəli məhsullar və bəzi marketinq praktikalarından qorunmaq hüququ
– Həyat səviyyəsini yüksəltmək üçün məhsul və marketinq praktikalarına təsir etmək hüququ.

Azərbaycanda konsumerizm və yaxın cərəyanlar niyə yoxdur vəya aşağı səviyyədədir?
İstehlakçıların qoruma dərnəyi olsa da bu istiqamətdə hiss olunan əksikliklərin səbəbləri fikrimcə bunlardır:
 – istehlakçıların öz haqq və hüquqlarını bilməmələri və öyrənmək istəməmələri-etinasızlıq
– bu haqq və hüquqları bilsələr də müraciətlərinin nəticəsiz qalmalarına inanmaları
– Şirkətlərdə müştəri ilə əlaqələr istiqamətli xidmətlərin yetərsiz səviyyədə olması və ya heç olmaması
– Ən əsası müstəqil istehlakçı cəmiyyətinin olmaması
– Fərqli sahələrlə əlaqədar birliklərin, dərnəklərin olmaması
– Şirkətlərdə sosial məsuliyyət anlayışının olmaması və ya aşağı səviyyədə olması və bunun kimi çox sayda səbəblər…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma