Satış işçiləri və fərqləri..


“Uğurlu Satış Metodları” kitabımdan…

Şirkətlərdə satış heyətinin vəzifə və funksiyaları, bu heyətin fərqli məqsədlər üçün istifadə edilməsinə görə bir birlərindən fərqlənir.

Hər şirkət öz marketinq və satış strategiyasına (təklif edilən mal və xidmətə görə və s.) bir satış heyətini seçir və bu satış heyətindən gözlədiyi xidmətlər digər bir satş heyətinkindən fərqlənir.

Satışla əlaqədar vəzifələri ən az yaradıcılıq istəyən növündən ən çox yaradıcılıq istəyən növünə doğru bir sırayla sıralasaq aşağıdakı əsas satış vəzifələri qarşımıza çıxacaq.
1. Sadəcə malın təslim edilməsi işini aparan satıcı:
Satılan malın təslim edilməsini həyata keçirir. Satış vəzifəsi yoxdur və ya olsa da ikinci dərəcədə olub yeni satış yaratması gözlənilmir. Ancaq müştəriyə yaxşı xidmət və gözəl davranış daha çox satışa yol açar.
2. Vitrin arxasında işləyən satıcı:
Satış nöqtələrində vitrin arxasında sadəcə müştəri istəyini qarşılayan, yəni müştərinin seçdikləri malları onlar üçün hazırlayan və bəzən kassir vəzifəsini də həyata keçirənlərdir. Bu cür satıcı işində heç bir yaradıcılıq, müştəri ehtiyacını analiz etmə və qarşılamaq kimi funksiyalar yoxdur. Buna görə də bu funksiyalara uyğun bacarıq və qalibiyyət əksər hallarda tələb olunmur.
3. Sahədə sifariş alan satıcı/ekspeditor:
Vəzifəsi pərakəndə mağazalardan sifariş almaq və toplamaqdır. Yaradıcı satış xüsusiyyəti yoxdur və ya çox azdır.
4. Misioner satış adamı:
Sifariş olmadan mövcud və potansial alıcıları xoş niyyətlə ziyarət edərək müxtəlif məlumatlar verən satış adamıdır. Bunlar əsasən müştərilərdə şirkətə qarşı müsbət fikirlər yaradır və bunu yüksəldir.
5. Texniki məsləhət verən satış adamı:
Texniki bilginin çox əhəmiyyətli olduğu vaxtlarda rast gəlinən satış adamıdır. Bunlar əsasən texniki təhsili olanlardır. Bu satış adamları bəzən satış mühəndisi də adlandırılır.
6. Fiziki malların satışını edən yaradıcı satış adamı/satış məsləhətçisi/satış meneceri:
Soyuducu, paltaryuyan maşın, mebel kimi mallara olan ehtiyacı öyrənən və tələbi stimullaşdıraraq və/və ya tələb yaradaraq satışı həyata keçirən satış adamıdır.
7. Xidmət satan yaradıcı satış adamı/satış məsləhətçisi/satış meneceri:
Təhsil, bank, sığorta, reklam, xəstəxana, otel xidmətləri kimi malların satışını həyata keçirirlər. Fiziki mallara görə bu cür malların faydalarını ortaya qoymaq daha çətin olduğu üçün satışı da çətindir.
8. Satış inkişafı meneceri /Bölgə inkişaf meneceri:
Satış inkişaf və ya bölgə inkişaf meneceri satş menecerinin gördüyü işlərlə bərabər, aid olduğu bölgədə satışların inkişafı istiqamətində fəaliyyət göstərir.
Satış coğrafiyasını bölgə prinsipi ilə ələ aldığımız zaman satış inkişaf menecerinin aid olduğu bölgənin inkişafından birbaşa məsuliyyət daşıması əhəmiyyət qazanır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma