İnandırma qabiliyyətinin 4 P-si


İş həyatında və ya ümumiyyətlə şəxsi inkişaf sahəsində ən çox danışılan və tələb olunan fərdi qabiliyyətlərdən biri inandırma qabiliyyətidir. Bu mövzuda müxtəlif idarəetməçi və psixoloqlar tərəfindən xeyli kitablar yazılmış və yazılmaqdadır. Bu barədə bilindiyi kimi ən çox oxunan və tanınan “Dost qazanma və insanlara təsir etmə sənəti” kitabının müəllifi Amerikan yazar Dale Carnegie -dir. Ancaq  son on ildə idarəetmə, şəxsi inkişaf  və xüsusilə fərdi satış sahəsində müxtəlif kitablarla məşhur biznes məsləhətçi və təlimçi Brian Tracy-nin fikirləri diqqətəlayiqdir. Biznes məsləhətçi bu mövzuda son günlərdə yayınladığı məqaləsində İnandırma qabiliyyətində 4 P-nin əhəmiyyətli olduğunu vurğulamaqdadır. Bəs nədir bu 4 P?

Brian Tracy-yə görə aşağıdakılardır:
1.P- Power-Güc
2.P-Positioning-Mövqeləndirmə
3.P-Performance-Performans
4.P-Politeness-Nəzakətlilik
1.Power-Şəxsi (fərdi) gücünü inkişaf etdir və artır! Qarşındakı insan sənin şəxsi gücünü (bilgi və bacarığını) dərk edib qəbul edərsə, ona öz istədiyini asanlıqla qəbul etdirə biləcəksən. Misal olaraq daha üst pillə idarəetməçi (burda güc hiyerarşik güc) olsan insanlar sənə adi bir işçidən fərqli olaraq daha çox kömək etməyə və ya xidmət göstərməyə çalışırlar. Və ya hər hansı bir mövzuda ixtisaslaşmaqla o mövzuda başqalarına nisbətən daha çox güc əldə etmiş olursan və bununla insanlar bilgi və bacarığa sahib mütəxəssis kimi sizi daha asanlıqla qəbul edər və siz onları asanlıqla inandıra bilərsiniz.
2.Positioning- İnsanların (ətraf çevrənin) sənin haqqında düşünmələrini formalaşdır. Özünü mövqeləndirmə o deməkdir ki haqqında elə bir müsbət fikir formalaşdırmalısan ki sən olmadığın mühitdə və ya yerlərdə sənin haqqında danışsınlar! İnsanların qəlblərində və beyinlərindəki mövqelənmən onların səndən hansı dərəcədə təsirlənəcəklərini də təyin edər. İnsanların səni qəbul etmə dərəcəsini yüksəltmək üçün onların sənin haqqında düşüncələrini müsbət istiqamətdə formalaşdırmaq gərəkdirki məqsədnə çatmaqda sənə kömək etmiş olsunlar.
3.Performance-Gördüyün hər işi yüksək səviyyədə həyata keçirməlisən, qısaca işinin ustası olmalısan! Bu fəaliyyət göstərdiyin sahədə sənin kompetentliyiniı və expert olub olmadığını göstərir. Belə bir insan işi ortalama (vasat) bir səviyyədə görən bir işçidən fərqlənəcək və buna görə də ona daha asanlıqla  inanacaqlar. Həm də performans daim yüksəlmə trendində olmalıdır ki, insanların beynində müsbət rəy yaratma dərəcən yüksəldikcə sənin inandırma gücün artsın.-
4.Politeness-Və ən nahəyət 4-cü inandırma gücü faktoru nəzakətlilikdir. İnsanlar bir işi iki şeyə görə edirlər. Ya onlar məcburdurlar bunu etməyə ya da özləri istəyirlər. Yəni ya onları nə isə, kim isə bir işi görməyə məcbur edir, ya da özləri bu işi istəyərək qəbul edərək görürlər. Əgər sən insanlara nəzakətlə, hörmətlə yanaşsan onları sənə kömək etməyə istəkli qılmağı bacaracaqsan. Bu yolla sən istədiyin işi asanlıqla gördürüb istədiyinə nail ola bilərsən.  Əksinə isə sən böyük bir güc sərf etməlisən ki məcburi olaraq bu işi onlara gördürəsən. Çünki insanlarda rəğbət görmək, özlərini önəmli və faydalı görmək istəyi daimdir. Bunu onlara hiss etdirməklə və real olaraq əks etdirməklə onlar tərəfindən qəbuledilmə və onları inandırma gücünü artırmış olursan.
Ümumi olaraq inandırma qabiliyyətinin arxasında davamlı müsbət istiqamətdə öz gücünü artırmaq və insanlararası əlaqədə səmimiliyi və nəzakətliliyi saxlamaq dayanır. Bu iki əsas istiqamətdə sizə uğurlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma