1975-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Gölkənd kəndində doğulub. Orta məktəbi Abşeron rayonu Ceyranbatan qəsəbəsində medalla başa vurubdur.
Ali Təhsil: 1998 ildə Türkiyə, Marmara Universiteti İqtisadi və İdari Bilimlər Fakülteti İdarəetmə ixtisası bakalavr məzunu.
2001-ci ildə Türkiyə, Yıldız Texnik Universiteti Sosial Bilimlər İnstitutu İdarəetmə (MBA) magistratura məzunu.
2008-ci ildə Türkiyə, İstanbul Universiteti Sosial Bilimlər İnstitutu İqtisadiyyat üzrə fəlsəfə doktoru ünvanını qazanıb.
İş yeri: Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində müəllim.
UNEC Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin rəhbəri.
Üzvlüklər: – 1.American Marketing Association (AMA) -2.World Future Society -3. Marketing Research Association.